Maraqlı

Evdə dırnaqları necə möhkəmləndirmək olar?

31 Dekabr 2022 17:43
0 Şərh     Baxış: 643
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dırnaqlarınız davamlı olaraq qırılır, soyulur, tibbi laklar, salon prosedurları onları istədiyiniz qədər güclü və sağlam etmir? Əgər dırnaqlarınız vərəq kimi nazikləşibsə, ümidsizliyə qapılmayın. Bir neçə üsulla onları evdə də möhkəmləndirə bilərsiniz.

Milli.Az oxucuları dırnaqları möhkəmləndirən üsullarla tanış edir.

Bildiyiniz kimi, yağlar çox faydalı xüsusiyyətə malikdir, həm üzə, həm saça qulluq, həm də dırnaqları gücləndirmək üçün prosedurlarda uğurla istifadə olunur. Evdə dırnaqları bərpa etmək üçün yalnız yağ şəklində buraxılan A və E vitaminlərinə ehtiyacınız olacaq, onları istənilən aptekdə asanlıqla tapa bilərsiniz. Bərpa proseduru gündə maksimum 15-20 dəqiqə vaxt aparmır və bunu hər axşam etmək tövsiyə olunur.

- Pambıq çubuqdan istifadə edərək dırnaqlara maye A vitamini sürtün;

- Pambıq çubuğun digər tərəfini maye E vitamini ilə isladın və onunla dırnaqlarınızı örtün;

- Yağlarla yalnız dırnaqları deyil, dırnaq ətlərini də müalicə edin;

- Qarışığı dırnaqlarda 15-20 saxlayın;

- Vaxt keçdikdən sonra maye vitaminləri dırnağınızdan kağız dəsmalla silin.

Bir neçə həftədən sonra müntəzəm prosedurlardan sonra təsirini görəcəksiniz. Dırnaqlar daha güclü və möhkəm olacaq, soyulmayacaq, parlaqlıq və hamarlıq qazanacaq və manikür daha baxımlı görünəcək. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.