Maraqlı

Görmənin zəifləməsi demensiyanın əlamətidir

28 İyul 2022 22:25
0 Şərh     Baxış: 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin həkimləri görmə zəifliyinin demensiya riskini 130% artırdığını sübut edib.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Pekin universitetinin tədqiqatçıları elmi iş üçün 76 min insanı əhatə edən 16 elmi tədqiqatın meta analizini aparıblar.

Onlar müəyyən edib ki, görmə orqanının xəstəliyi olan insanlar əgər vaxtında müalicə olunmasa, koqnitiv pozuntular və demensiya riski daşıyır.
Belə ki, həkimlərə görməsi zəiflədiyinə görə şəxsən müraciət edən müxtəlif pozulmalar aşkarlanan xəstələrə diaqnoz və müalicə təyin edildikdən sonra, əgər müntəzəm oftalmoloq müayinəsindən keçməyiblərsə, sonradan onlarda demensiya riski 130% artıb. Bu çox yüksək rəqəmdir.

Bu o deməkdir ki, görmə ilə problemlər demensiyanın da erkən diaqnostikası üçün vacibdir.
Ona görə də gözlərdə olan dəyişikliyə biganə qalmaq olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.