Evliliyin müvəffəq olması üçün Qurani-Kərimin 5 meyarı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərim, insanı səadətə çatdırmaq üçün nazil olmuşdur. İnsan ictimai varlıq olduğu üçün, onun ailəyə və dostlara ehtiyacı olar. Çünki bu zaman əskiklərini tamamlayar və kamala çatmaq üçün zəminələr əldə edər.
Quranın nəzərinə görə, müvəffəq evliliyin bəzi meyarları vardır ki, hər bir müsəlman ona diqqət etməlidir. Əgər xoşbəxt ailəyə malik olmaq istəyiriksə, Quranın tövsiyələrinə əməl edək.
1. İslam və iman. Dinimizin nəzərinə görə, bir evliliyin müvəffəq olmasının ilk amili - İslam dinini qəbul etmək və imana malik olmaqdır.
Ailə quran qız və oğlan eyni dinə və eyni əqidəyə malik olan zaman, xoşbəxt ailə qura bilərlər. "Müşrik qadınlarla, iman gətirməyincə evlənməyin. Əlbəttə ki, möminə bir kəniz azad və müşrik bir qadından - hətta o(nun camalı və malı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır.
Həmçinin müşrik kişilərə iman gətirməyincə arvad verməyin. Əlbəttə ki, mömin bir qul azad və müşrik bir kişidən - hətta o(nun malı və məqamı) sizin xoşunuza gəlsə belə - daha yaxşıdır.
Onlar (müşrik kişi və arvad ər-arvadlılıq müddəti boyunca küfr və mənəvi pozğunluq baxımından öz həyat yoldaşlarına təsir edir və nəticədə onları) oda tərəf dəvət edirlər. Allah Öz yardımı ilə Cənnətə və bağışlanmağa doğru dəvət edir və Öz ayələrini insanlara açıqlayır ki, bəlkə (düşünüb) anladılar".
("Bəqərə" 221).
2. İffətdə eyni həddə olmaq. İnsanın fitrəti pak xəlq olmuşdur və ona görə də paklığa doğru meyil edir. "(Əqidə, əxlaq və əməldə) xəbis qadınlar - xəbis kişilər üçün və xəbis kişilər - xəbis qadınlar üçündürlər (onlar zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar).
Həmçinin (pis əqidə, əxlaq və əməldən) pak qadınlar - pak kişilər üçün və pak kişilər - pak qadınlar üçündürlər (bunlar da öz nürani zat və təbiətlərinin tələbinə əsasən bir-birlərini taparlar). Onlar (paklar başqalarının onlar barəsində) dediklərindən pak və uzaqdırlar. Onlar üçün (dünya və axirətdə) bağışlanma və dəyərli ruzi vardır".
("Nur" 26).
3. Təvazökarlıq, Allaha itaət və ibadət. Allah Quranda yaxşı həyat yoldaşının 6 sifətini tanıtmışdır: "Əgər o, sizə təlaq versə, ola bilsin ki, Rəbbi sizin yerinizə ona sizdən daha yaxşı zövcələr - Allaha təslim olan, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan, dul qadınlar və bakirə (qızlar) versin". ("Təhrim" 5).
4.İman və saleh əməl. "Hər kim - kişi, yaxud qadın - imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik". ("Nəhl" 97).
5. Təqva. "Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə, böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur). Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır. Həqiqətən, Allah çox bilən və xəbərdardır". ("Hucurat" 13).
İmam Sadiq (ə) yaxşı həyat yoldaşı barəsində buyurur: "Nə zaman sizlərdən biriniz evlənmək istədiniz, yaxşı olar ki, iki rükət namaz qılasınız və Allahdan istəyin ki, sizə iffətli, əmin, dəyanətli, təvazökar, namuslu və sirr saxlayan... həyat yoldaşı nəsib etsin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
XƏBƏR LENTİ
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir





