Maraqlı

Bu ölkədə "yaşıl meymun qızdırması" aşkarlandı

21 İyul 2022 23:25
3 Şərh     Baxış: 1 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qana rəsmiləri təhlükəli və nadir Marburq qızdırması barədə faktı təsdiqləyib.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, "yaşıl meymun xəstəliyi" adlanan bu qızdırma neçə müddət idi ki, insan populyasiyasında yox idi.

"Ölkədə 2 nəfərdə Marburq virusuna yoluxma halı aşkarlanb. Aparılan testlər bunu təsdiq edib. Qaana rəsmiləri bundan narahatdır" - deyə rəsmi məlumatda yazılıb.

2 xəstə və 98 nəfər onlarla təmasda olanlar karantinə alınıb.

Qeyd edək ki, marburq qızdırması Nil, Ebola, Lassa qızdırması kimi xüsusi təhlükəli infeksiyalar qrupuna daxildir.

Ölüm faizi 35-30%-dir. İnfeksiya alovlanması zamanı hətta 90% çata bilər.

Virus ilk dəfə 1967-ci ildə aşkarlanıb və alman şəhəri Marburqun şərəfinə adlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.