Maraqlı

107 yaşlı qadın uzunömürlülüyün sirrini açdı - Ərim...

1 İyul 2022 17:52
0 Şərh     Baxış: 1 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyulun 3-də daha bir ad gününü qeyd etməyə hazırlaşan Kanadalı yaşlı qadın onun uzunömürlülüyünə töhfə verən məhsulun adını çəkdi.

Milli.Az bildirir ki, bu barədə CJOH-DT məlumat yayıb.

Doroti Tennant 1914-cü ildə indi Kanadanın Qolborn şəhərində anadan olub. Həmin illərdə Kanadanın paytaxtında cəmi 100 min insan yaşayırdı və dövlətin yaranmasından 50 ildən az vaxt keçmişdi.

Qadın bütün həyatını Ottavada keçirdi, iki dünya müharibəsinin, iki pandemiyanın şahidi oldu və doğma şəhərinin bir meqapolisə çevrilməsini seyr etdi. Uzunömürlülüyünün səbəblərinə gəlincə, Tennantın dəqiq cavabı yoxdur, lakin bir fərziyyə var.

"Mənə hər zaman bu sual verilir. Heç bir fikrim yoxdur. Biri mənə dedi ki, söhbət turş pendirdən gedir. Ərim pendir istehsalçısı idi və mən həmişə pendir yeyirdim", - deyə 107 yaşlı kanadalı bildirib.

Tennantın hazırda yaşadığı qocalar evində onun üçün ad günü şənliyi hazırlayırlar, lakin qonağın yaşı hətta təcrübəli işçiləri belə heyrətə gətirir. "108 il çox uzun müddətdir, belə bir dövrü dərk etmək belə çətindir. Bu gün oğlunun 82 yaşında olduğunu biləndə bu məlumatı həzm etmək üçün bir neçə saniyə lazım oldu", - qarşıdan gələn bayramın təşkilatçısı Janel Sallivan Delorm dedi.

Uzunömürlü qadının oğlu Nyu-Bransuikdə anasının ad gününə gələcək. O, valideyn üçün bir neçə səfər təşkil etmək niyyətindədir, onlardan birinin məqsədi kazinoya baş çəkməkdir. Tennant öz bəxtini "tək qollu quldurlar"da sınamağa hazırlaşır. "Mən 25 sent mərc edəcəm və bəlkə bir dollar qazanacam", - qadın zarafat edib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.