Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Kubanın səhiyyə sisteminin dünyada ən yaxşı olduğunu rəsmən tanıyıb. Trend-in məlumatına görə, bu barədə "Xinhua" agentliyi xəbər verir. ÜST-nin baş direktorunun müavini Anarfi Asamoa-Baanın sözlərinə görə, dünya bu ölkədən öyrənməlidir.
Onun fikrincə, Kuba başqa ölkələrin səhiyyə sistemlərinin inkişafı üçün model kimi tətbiq edilə biləcək yüksək səhiyyə standartlarına malikdir. Belə qənaət Kubanın paytaxtı Havanada ÜST nümayəndələrinin görüşündə əldə olunub.
Ekspertlər belə bir fakta diqqəti cəlb ediblər ki, ölkədə bütün vətəndaşlara yüksək keyfiyyətli pulsuz tibbi yardım göstərilir. Onlarda, həmçinin yoluxucu xəstəliklərin kökünün kəsilməsinə qarşı yönəldilmiş kampaniyalar da xüsusi təəssürat oyadıb. Kuba öz səhiyyə sistemini lazımi səviyyədə saxlamaqla yanaşı, xarici mütəxəssislərin təhsili ilə də məşğul olur və 32-dən artıq ölkədəki həmkarlarına yardım edir.
ÜST-nin qeyd etdiyi kimi, Kuba biotexnologiyalar, xərçəng əleyhinə vaksinlərin hazırlanmasında da son dərəcə irəli gedib. Ölkə dünyanın təxminən 40 ölkəsinə tibb məhsulları satır.
Xatırladaq ki, bir qədər əvvəl Kuba QİÇS-ə qarşı vaksini insan üzərində sınaqdan keçirməyə başladığını bəyan edib.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Hansı ölkənin səhiyyə sistemi keyfiyyət etalonu elan edildi?
29 Mart 2012 11:07
Baxış: 217

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Meyxanaçı Kərimin son vəziyyəti açıqlandı
-
Gilas niyə UCUZLAŞMIR?
-
Mourinyo "Fənərbağça"dan gedir? - özü açıqladı
-
Sağlam bildiyimiz bu 6 qida əslində zərərli imiş - Alimlərdən xəbərdarlıq
-
Təranə Musaya şer yazdı - VİDEO
-
Heç vaxt məğlub olmayan BÜRCLƏR
-
Kainatın sonu necə olacaq?
-
2157 at gücü olan bu avtomobil yolları titrədir
-
Hadisə biabırçı geyimdə səhnəyə çıxdı, rəqsi də QINANDI - VİDEO
-
Dahilər bu qan qrupundan çıxır - Zəka da, istedad da onlarda...
-
ABŞ vətəndaşlarını bu ölkəyə səyahət etməməyə çağırdı
-
Lamin Yamaldan növbəti rekord
-
Keçmiş əri Röyayla tanışlıq hekayəsini danışdı: “Qohumumuzun ad günündə...” - VİDEO
-
İlham Əliyev 28 May - Müstəqillik Günü ilə bağlı paylaşım edib - FOTO
-
Günün qoroskopu: Duyğularınızı açıq bildirmək müsbət nəticə verə bilər
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
-
Ukrayna Avropadan asılı duruma düşüb: Müharibə uzanacaq?
-
Arda Turan "Şaxtyor"un baş məşqçisi təyin olundu
-
Qumral reklam qiymətini açıqladı - VİDEO
-
Atalara 14 günlük məzuniyyət hüququ veriləcək?
-
Vasif Məhərrəmli özünə toy kimi ad günü etdi - VİDEO
-
Hakan Fidan Moskvadan sonra Kiyevə gedəcək
-
İlham Əliyevin sosial media hesablarında Laçın sakinləri ilə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Sosial mediadakı populyar oyun 19 yaşlı gəncin həyatına son qoydu