Mədənin üçdə biri yemək üçündür, üçdə biri su üçündür və üçdə biri də...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mədənin üçdə biri yemək üçündür, üçdə biri su üçündür və üçdə biri də nəfəs almaq üçündür
Məsumlar (ə) bizə yeməyin ədəbi və qaydaları haqqında çoxlu tövsiyələr vermişdilər. O cümlədən yeməyi acan zaman yemək və yeməyə başlayan zaman "Bismillah "kəlməsini demək, yeməyə duzla başlamaq kimi.
Yeməkdən əvvəl əllərin yuylması ömrü uzadar və ruzini artırar, həmçinin yeməkdən əvvəl əlləri yuyan zaman qurulamamaq yeməyin bərəkətli olmasına səbəb olar. Yeməkdən əvvəl bir qədər duzun yeyilməsi 70 xəstəliyi uzaqlaşdırar. İslam dini qonaq dəvət etməyi və onu xoş qarşılamağı həmişə bəyənilən əməl kimi tanıtmışdır. Hər nə qədər yemək süfrəsində insan çox olarsa, daha bərəkətli olar.
Yaxşı olar ki, gün ərzində ən azı iki dəfə yemək yeyəsiniz. Məsumlar (ə) buyurur ki, şam yeməyini heç bir zaman tərk etməyin. Xüsusilə də yaşlı və yetkin yaşda olanlar gərək şam yeməyini tərk etməsinlər. Çünki bədənin fəsadına səbəb olar. Məsumlar (ə) tövsiyə edir ki, cümə günlərində ailəniz üçün ət və meyvə alın ki, onlar sevinsin.
Həmçinin tövsiyə olunur ki, ac qarına 21 dənə kişmiş yeyəsiniz, çünki bu zaman xəstəliklər bədəninizdən çıxar. Kişmiş hafizəni də gücləndirər. Yaxşı olar ki, yemək süfrəsində göyərti olsun və yeməyi göyərti ilə yeyəsiniz.
Yaxşı olar ki, yeməyi sağ əlinizlə yeyəsiniz. Üç və ya çox barmaqla yemək yeyin, iki barmaqla deyil.
Məsumlar (ə) buyurur ki, mədənin üçdə biri yemək üçündür, üçdə biri su üçündür və üçdə biri də nəfəs almaq üçündür. Tox qarınla yemək bəyənilmir.
O kəslər ki, pəhriz saxlayır, bəzən şam yeməyindən imtina edirlər. Lakin hədislərimiz buyurur ki, hər bir insan şam yeməyini yeməlidir.
İmam Sadiq (ə) buyurur: "Şam yeməmək nəticəsində bədənin damarları ölər ki, bir daha dirilməz".
İmam Əli (ə) buyurur: "Həzrət Muhəmməd (s) gecənin qaranlığının başlanğıcında şam yeyərdi".
Bu məsələ bədən sağlamlığı üçün mühümdür. Çünki əgər şamın yeyilməsi gec zamana qədər təxirə salınarsa, bədəni xarab edər.
Həzrət Peyğəmbər (s) buyurur: "Şam yeməmək insanı qocaldar".
Ona görə də belə başa düşürük ki, Məsumlar (ə) şam yeməyinə xüsusi əhəmiyyət vermişdilər və hətta üç tikə çörək və duzla olsa belə, şam yeməyi vurğulamışdılar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)





