Maraqlı

İblis (lən) Həsən Bəsrini necə yoldan çıxardı?

28 İyun 2022 23:50
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həsən Bəsrinin adı kifayət qədər məşhurdur və o, yolunu azmağı ilə tarixdə çox tanınmışdır. O, Həzrət Əlinin (ə) zamanından İmam Baqirin (ə) zamanına qədər yaşamışdır.

O, yolunu azmış, əyri düşüncəli "zahid" və saray əhli idi. Yolunu azmış bir çox insanlar ona ehtiram göstərərdi və onu "açıq fikirli insan" kimi tanıdardılar.

Cəməl döyüşündən sonra İmam Əli (ə) bir yerdən keçirdi və görür ki, Həsən Bəsri orada dəstəmaz alır. İmam (ə) buyurur: "Ey Həsən! Düzgün dəstəmaz al".

Həsən də cavabında deyir: "Ey Əmirəl-möminin! Sən dünən o müsəlmanları öldürdün ki, tək olan Allaha və Peyğəmbərin (s) risalətinə şahidlik edirdilər, namaz qılır və düzgün dəstəmaz alırdılar".

İmam (ə) buyurur: "Gördüklərin həyata keçdi. Bəs niyə bizə düşmənə qarşı yardım etmədin?".

Həsən deyir: "Müharibənin ilk günündə qüsl aldım, özümü ətirləndirdim və silahımı götürdüm, ancaq şəkk edirdim ki, bu düzgün döyüşdür, yoxsa yox? Xəribə yerinə çatan zaman eşitdim ki, nida çəkən deyir: "Ey Həsən! Qayıt! Çünki qatil və öldürülənin hər ikisi atəşdədirlər".

Ona görə də cəhənnəm atəşinin qorxusundan evimə qayıtdım. Müharibədə iştirak etmədim. İkinci gün də döyüş üçün hərəkət etdim və həmin hadisə baş verdi".

İmam (ə) buyurur: "Düz deyirsən. Bilirsənmi ki, o nida edən kim idi?".

Həsən deyir: "Yox, bilmirəm".

İmam (ə) buyurur: "O, qardaşın İblis idi. Sənə təsdiq edirdi ki, düşmənin həm qatili və həm də öldürüləni atəşdədir".

Həsəd deyir: İndi başa düşdüm ki, (düşmən) qövmü həlak olmuşdur.

Hər bir zamanda belə insanlar tapılır ki, zahidliyi ilə məşhur olurlar, ancaq İmamlarının (ə) sözündən çıxırlar. Hətta etiraz belə edirlər.

O zaman ki, cihaddan söhbət düşür, qan tökmək və müsəlmanların öldürülməsindən söz açarlar.

O, dəstəmaz almaqda vəsəvəsə etdiyi üçün suyu çox tökür. İmam (ə) buyurur: "Ey Həsən! Suyu çox tökürsən".

O, deyir: "Əmirəl-möminin (ə) tökdüyü qanlar daha çoxdur".

İmam (ə) buyurur: "Mənim işimdən narahat olmusan?".

Həsən deyir: "Bəli". İmam (ə) buyurur: "Həmişə belə olasan".

İmam Əlinin (ə) bu nifrinindən sonra Həsən Bəsri ömrünün sonuna qədər qəmgin və narahat olur.

Göründüyü kimi, bu qədər hüccətə baxmayaraq, Həsən Bəsri mürəkkəb cahillər kimi öz bildiyində israr edir və haqq yolunu tapa bilmir. Buna görə də iblisə (lən) qardaşlıq edərək, hətta zəmanə İmamında (ə) şəkk də edir.

Allah Təala cəmimizi belə bir aqibətdən hifz etsin, inşəallah.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.