Mömin bəla görə bilər, amma əzab yox
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bəla, əgər xoş simada zahir olarsa - sərvət, pis simada zahir olarsa - yoxsulluq, zəlzələ, sel və başqa təbii hadisələr şəklində özünü göstərər.
Hər baş verən hadisəni insanın günahları ilə bağlamaq olmaz. Bəlkə bəla bəzən ona görə nazil olur ki, insan paklanıb, saflansın və Allaha yaxınlaşsın.
Misal üçün, bu ayə baş verən hadisənin imtahanla bağlı olduğunu bəyan edir: "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbir edənlərə müjdə ver". ("Bəqərə" 155).
Yəni, bu ayə demir ki, məhz etdiyin günahlara görə sizə bu bəlaları göndəririk.
Möminin bəlası hər nə qədər çox olarsa, deməli Allah yanında məqamı daha yüksəkdir.
Əbdurrəhman ibni Həccac nəql edir: "İmam Sadiqin (ə) yanında olanda söz bəladan düşdü və Həzrət (ə) buyurdu: "Peyğəmbərdən (s) soruşurlar: "Bu dünyada kimin bəlası hamıdan daha ağırdır?".
Həzrət (s) buyurur: "Peyğəmbərlərin, sonra hər kim onlara daha çox bənzəyir. Ondan sonra iman və gözəl əməllərin səviyyəsinə görə məqama malik olan möminlər.
Ona görə də hər kimin imanı doğru və əməlləri saleh olar - çətinlikləri ağır olar. Hər kimin imanı süst və əməlləri zəif olarsa - çətinlikləri az olar"".
Bəs əzab nədir?
Əzabı bəladan fərqləndirən cəhət odur ki, əzab günah sayəsində və Allahın iradəsi ilə nazil olar. Allah bu əzabda möminləri qoruyar.
Allah Quranda dəfələrlə bu həqiqətə işarə etmişdir ki, kafirlərə əzab verməzdən əvvəl həmişə möminləri əzabdan xəbərdar etmişdir ki, nicat tapa bilsinlər. (Tebyan)
"Beləliklə, onlar onu təkzib etdilər. Biz də ona və onunla birgə gəmidə olan hər bir kəsə nicat verdik və Bizim ayələrimizi təkzib edənləri (suda) batırdıq. Doğrudan da onlar kor qəlbli bir dəstə idilə". ("Əraf" 64).
Ona görə də deyə bilərik ki, əzabla bəla bir-birindən fərqlənən sözlərdir. Bəla insanın həm günahına görə və həm də imtahan etmək üçün nazil ola bilər. Ancaq əzab ancaq kafirlərə nazil olur və möminlər bu əzabdan nicat tapırlar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
XƏBƏR LENTİ
-
6 yaşlı çinli uşaq rekord qırdı - (Video)
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)





