Maraqlı

“Google”da ən çox axtarılan futbol klubları - SİYAHI

16 İyun 2022 20:22
0 Şərh     Baxış: 745
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google"da adı ən çox axtarılan futbol klubları məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, siyahıya "Mançester Yunayted" başçılıq edir. Premyer Liqa təmsilçisi hər ay ortalama 28.5 milyon dəfə axtarılır.

İkinci pillədə 26.1 milyon sorğu ilə Madrid "Real"ı qərarlaşıb. İlk üçlüyü isə Braziliya "Palmeyras"ı qapayır (21.3 milyon axtarış).

Ən çox axtarılan klublar arasına "Qalatasaray" da düşüb. "Aslanlar"la hər ay orta hesabla 21.2 milyon dəfə maraqlanırlar.

Siyahıda sonrakı yerləri "Yuventus" (19.4), "Fənərbağça" (16.5), "Beşiktaş" (11.9), "Qremio" (10.1), "Barselona" (9.33) və "Liverpul" (5.12) tutur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.