Maraqlı

Yas məclislərində niyə halva verilir?

25 İyun 2022 02:02
0 Şərh     Baxış: 1 167
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yas məclisləri əzizlərini itirmiş insanlar üçün çox ağırdır. Ətrafında olan əzizlərini əldən verən hər bir kəs yaxşı bilir ki, bu cür çətin və böhranlı zamanda insanın yeməyə meyli olmur.

Bu cür insanlarda qan şəkəri düşər və bu zaman stress və iztirab, hövsələsizlik və taqətsizlik kimi hallar meydana gələr.

Ona görə də yas məclisində olan bu insanların halva və xurma kimi ərzaqlardan yeməsi qan şəkərini qaldırar və normaya gətirər.

Bundan başqa, halva və xurma beyində olan serotonin maddəsinin səviyyəsini yüksəldər. Bu maddə insana rahatlıq gətirən maddələrdəndir.

Beyində bu maddənin ifraz olması sterssi azaldar və insanı sakitləşdirər. Ona görə də halva adət və ənənəyə riayət etməklə yanaşı, həm də tibbi faydası olan ərzaqlardan hesab edilir. Bu qidalar yumşaq olduğu üçün, onların həzm olunması da asan olur.

Əgər diqqət etsək görərik ki, oruc tutan insanlar orucun son dəqiqələrində bəzən hövsələsiz olurlar. Bu hövsələsizliyin səbəbi qan şəkərinin düşməsi və bədəndə olan mayenin azalmasıdır. Bu hal yas məclislərində də müşahidə olunur.

Bu insanlar daha az yemək yedikləri və maye içdikləri üçün bədənləri maye azlığı ilə üzləşər. Ona görə də qəm hissi daha da güclənər. İsti çay bu böhranı aradan qaldıra bilər.

Adətən yüngül stress keçirdən insanların yemək yeməyə meyli çox olur. Bu iş onları sakitləşdirir. Lakin şiddətli stress zamanı bunun əksini müşahidə edirik.

Bu cür insanlar günlərlə yeməkdən imtina edə bilirlər. Onlara yardım olsun deyə, tez həzm olunan halvanın böyük faydası vardır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.