Qünutda hansı duaları oxumaq məsləhətdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Namaz əməllərinin içində xüsusi yerlərdən birini qünut tutur. "Qünut" sözü ərəb dilindən tərcümədə tabeçilik, mütilik mənasını verir.
Qurani-kərimdə bir neçə ayədə bu kökdən olan sözlər işlənir ki, bunlarda həm mələklər, həm də mömin insanlar "qanit" (müti, itaətkar) adı altında təsvir edilirlər.
İslam şəriətində isə qünut - namaz zamanı qiyam halında, yəni ayaq üstə durmuş halda əlləri cütləyib sifətin bərabərində tutaraq dua etməyə deyilir. Özü də bu zaman ovucları səmaya doğru olmaqla üfüqi vəziyyətdə tutmaq, baş barmaqları çıxmaq şərtilə qalan barmaqları bir-birinə sıxmaq və ovucun içinə baxmaq müstəhəb sayılır.
Bəri başdan qeyd edək ki, şiə və sünni məzhəblərinin namaz hökmlərində qünutun yeri fərqlidir. Hənəfi və hənbəli məzhəblərində gündəlik namazlar zamanı qünut tutulmaz; yalnız hər hansı müsibət, bəla və ya təbii fəlakət üz verən günlərdə sübh namazı zamanı qünut tutmaq müstəhəbdir.
İmam Əbu Hənifə bu fikirdə idi ki, Peyğəmbərin zamanında fərz namazlarında da bir müddət qünut tutulurdu, amma sonra bu hökm nəsx oldu (aradan qalxdı).
Malikilər sübh namazında qünut tutmağı məndub (yəni bəyənilən) bilirlər. Şafii məzhəbində isə bu, sünnətdir. Şafiilər qünutu ikinci rükətin rükusundan qalxdıqdan sonra yerinə yetirirlər. Rəvayət edirlər ki, İmam Şafii Bağdada səfəri zamanı burada qıldığı sübh namazlarında qünut tutmazmış.
Səbəbini soruşanlara belə cavab vermişdi ki, bu şəhərdə dəfn edilən Imam Əbu Hənifənin ruhuna hörmət əlaməti olaraq bunu edir; çünki Əbu Hənifənin məzhəbində sübh namazı qünutsuz qılınır.
Cəfəri məzhəbinə görə, bütün gündəlik namazların ikinci rükətində, qiraətdən (yəni Fatihə və qısa surənin oxunuşundan) sonra, rükudan əvvəl qünut tutmaq müstəhəbdir. Bəzi müctəhidlər (məsələn, mərhum Ayətullahül-üzma Behcət) ehtiyata görə gündəlik vacib namazlarda qünutu tərk etməməyə hökm vermişlər.
Qünutda istənilən duanı oxumaq olar. Özü də qünut duası namaz sözlərinin içində yeganə sözlərdir ki, ərəb dilində deyilməsi vacib deyil. Hər kəs öz dilində də qünut duası oxuya bilər. Əlbəttə, Islam müqəddəslərindən rəvayət edilmiş məşhur duaları qünutda söyləmək daha yaxşı olar. Amma bunu bacarmayanlar və ya Allahdan xüsusi istəyi olanlar öz istəklərinə uyğun şəkildə dua edə bilərlər.
Qünutda aşağıdakı duanı oxumaq müstəhəbdir: "La ilahə illəlahül-həlimül-kərim. La ilahə illəllahül-əliyyül-əzim. Sübhan Allahi rəbbis-səmavatis-səb'i və rəbbil-ərzinəs-səb'i və ma fihinnə və ma beynəhünnə və rəbbil-ərşil-əzim. Əlhəmdü lillahi rəbbil-aləmin".
Tərcüməsi: "Həlim və kəramətli Allahdan savayı məbud yoxdur. Uca və əzəmətli Allahdan savayı məbud yoxdur. Yeddi səmanın və yeddi yerin, onların içində və arasında olan hər şeyin rəbbi, əzəmətli ərşin rəbbi müqəddəsdir. Aləmlərin rəbbi olan Allaha həmd olsun".
Həmçinin, qünutda Quranın aşağıdakı ayəsini də oxumaq Peyğəmbərin sünnəsidir: "Rəbbəna atina fid-dünya həsənətən və fil-axirəti həsənətən və qina əzabən-nar". Tərcüməsi: "Ey Rəbbimiz, bizə bu dünyada həsənə (savab və ya nemət) ver, bizə axirətdə də həsənə ver və bizi cəhənnəm alovundan qoru" (Bəqərə, 201).
Mərhum Ayətullahül-üzma Seyyid Şihabəddin Mərəşi Nəcəfi öz oğluna ünvanladığı vəsiyyətnamədə buyururdu ki, qünut zamanı bu duanı oxumağı tərk etməsin: "Allahümmə inni əs'əlükə bihəqqi Fatiməti və əbiha və bə'liha və bəniha. Vəs-sirril-müstəvdəi fiha. Ən tüsəlli əla Mühəmmədin və Ali Mühəmməd. Və ən təf'ələ bi ma əntə əhləhü və la təf'əl bi ma əna əhləh".
Tərcüməsi: "Allahım, Fatimənin, onun atasının, ərinin və öğullarının, onda əmanət qoyulmuş sirrin haqqına Səndən istəyirəm ki, Mühəmmədə və Ali-Mühəmmədə öz salam və salavatını əta edəsən. Mənimlə Sənin özünə layiq şəkildə rəftar et, mənim layiq olduğum şəkildə rəftar etmə" (Yəni Sən mərhəmətlisən, mənə rəhm et. Mən isə günahkaram, məni cəzalandırma).
Əlbəttə, bu dua Ayətullah Nəcəfi Mərəşidən də əvvəl məşhur idi və oxunurdu. Ayətullah Nəcəfi Mərəşi vəsiyyətnamədə qeyd edir ki, bu duanı atasından və müəllimi Şeyx Mühəmməd Hüseyn Şirazidən, onlar məşhur alim Seyyid Mürtəza Kəşmiridən, o da öz sənəd silsiləsi ilə ünlü şiə alimi Seyyid ibn Tavusdan rəvayət edir.
Bəzilərin dediklərinə görə, mərhum Ayətullah Nəcəfi Mərəşi bir neçə dəfə Imam Mehdi (ə) ilə görüşmüşdü. Onun tələbəsi Ayətullah Seyyid Adil Ələvinin sözlərinə əsasən, Ayətullah Nəcəfi Mərəşinin Imamla görüşlərinin birində o həzrət bu duanı namazların qünutunda oxumağı ona tövsiyə edibmiş (Mühəmməd Fazil Məsudi. Əl-Əsrarül-Fatimiyyə, səh. 25).
Bu duadakı "Fatimədə əmanət qoyulmuş sirr" kəlməsinin hansı mənanı ifadə etdiyi barədə alimlər fərqli fikirlər söyləmişlər. Ən geniş yayılmış nəzəriyyəyə görə, burada Həzrət Fatimənin (ə) nəslindən olan, zühur vaxtına kimi gizli və sirrli halda (qeyb halında) yaşayan on ikinci imam Həzrət Mehdiyə (ə) işarə edilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
İstanbul su altında qaldı - (Video)
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
XƏBƏR LENTİ
-
Bakıda oğlunu öldürən qadın özünü binadan atdı
-
Cengiz Coşkuner reanimasiyaya yerləşdirildi
-
Poqba Toral ilə eyni klubda oynaya bilər
-
Ağarza Dadaşov yüksək vəzifəyə təyin edildi
-
Əvəz Zeynallı vəfat etdi - (Foto)
-
43 yaşlı türk aktrisanın 20 yaşlı gənclə klubda videosu müzakirə yaratdı
-
Ukrayna ordusu 250-dən çox rusiyalı hərbçini əsir götürdü
-
Azərbaycanda hava kəskin dəyişir - Proqnoz verildi
-
Bakıda bəzi küçələrdə hərəkət qadağan edilir - Oktyabrın 5-dən
-
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN
-
Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət
-
“Qəbələ”nin məşqçilər korpusunda iki yenilik
-
Piter Magyarın toxunulmazlığı ləğv edildi
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi





