Əvvəl vaxtda qılınan namazın mənəvi təsiri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Namaz insanı günahlardan qoruyur. Namaz qılan bir şəxs fikirləşsə ki, bir azdan Allahın hüzurunda dayanıb razu-niyaz edəcək, necə günah edər?! Təbii ki, insan həya edər. Beləcə günahlardan paklanar. Həzrət Peyğəmbərin(s) zamanında bir cavan oğlan hər gün gəlib peyğəmbərin(s) arxasında camaat namazı qılarmış. Amma günah əhli imiş. Səhabələr bunu bilirmişlər və bir gün Peyğəmbərə(s) xəbər verirlər. Cavabında Həzrət Rəsulullah(s) buyurur: "Ona bir söz deməyin. Axır ki, bir gün namaz o oğlanın əlindən tutub onu günahlardan saxlayacaq".
Vacibatlarda müəyyən güzəştlər varsa da, namazda heç bir güzəşt yoxdur. Namazı təxirə salmaq mümkün olsa da onu hökmən yerinə yetirmək lazımdır. Məsələn zöhr namazı üçün 3 saat vaxt nəzərdə tutulubsa onun ilk 20 dəqiqəsi namazın əvvəl vaxtı hesab edilir. Bəs namazı əvvəl vaxtda qılmağın nə kimi fəzilətləri var?
Həzrət Rəsulullah(s) namazı ilk vaxtda qılana zamin olacağını söyləmişdir. Birinci ölüm anında ki, ölüm o şəxs üçün asan olar. Biri də Qiyamətdə. O Həzrət buyurur ki, "Qiyamətdə cəhənnəm odunun qarşısında duraram ki, o şəxsi yandırmasın".
Qəzzaz adlı bir şəxs deyir: Həzrət İmam Rza (ə) bir neçə ələvini qarşılamaq üçün, evindən çıxdı və bu zaman namazın vaxtı çatdı. Həzrət (ə) yolunu yaxınlıqdakı qaladan saldı və bir qayanın kölgəsində oturub buyurdu: Azan ver. Ərz etdim: Gözləyək dostlarımız gəlib bizə qoşulsunlar. Həzrət (ə) buyurdu: Allah səni bağışlasın, heç vaxt bir səbəb olmadan ilk namazı təxirə salma. Həmişə vaxtın əvvəlinə riyaət et. Bu vaxt mən azan verdim və biz namaz qıldıq.
Qüdsi hədisdə buyurulur: "Sizlərdən hər kəs beşlik təşkil edən (gündəlik) namazları vaxtında qılsa və onların vaxtına həmişə riayət etsə, Qiyamət günü Mənimlə görüşəndə Mənim yanımda bir əhdi-peyman olacaq və onu həmin əhd vasitəsilə daxil edəcəyəm.."
Namazı ilk vaxtda qılmaqla iş bitmir. Çünki namazı namaz olaraq qəlbin hüzuru ilə qılmaq mühümdür. İnsan öz iradəsini, nəfsani istəklərini, iblis itaətini tərk etdiyinə görə mütəal Allah da ona belə bir məqam verər. Bu məqam, nəticə və faydalar hüzuri-qəlblə əldə olunar. İnsan, ruhunun sağlam olması və namazda hüzuri-qəlb tapması üçün yeyib-içdiyinə, danışığa diqqət yetirməlidir. Bütün əzalar: göz, qulaq, dil günahdan qorunmalıdır. Hətta bühudə deyilən bir söz belə insan qəlbini qaraldır, hicaba bürüyür. Namaza hazırlaşarkən əvvəl müqəddimələrə də diqqət yetirmək lazımdır. Çox gözəl olar ki, namazdan əvvəl namaz qılan Quran oxumaqla məşğul olsun və bu namaza bir mübarək giriş olacaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
Təyyar Bayramovun yubileyidir - (Video)
XƏBƏR LENTİ
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb





