Zikrin ən çox tövsiyə edildiyi zamanlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ariflərin nəzərinə görə, zikr qəflət meydanından çıxıb məhəbbətin çox olduğu səhnəyə daxil olmaqdır. Zikr - aşiqlərin içkisi, ariflərin məlhəmidir. Zikrin həqiqəti budur ki, Zakirdən qeyrisini unudursan və ancaq Onu görürsən.
Hər kim Allahın adlarını dilinə gətirər, günahdan çəkinər və büdrəmələrini azaldar. Məsumlarımız (ə) bizə zikrin ən çox tövsiyə olunduğu zamanları tanıdıb və ona təşviq ediblər.
1. Düşmənlə üzləşən zaman. İmam Əli (ə) buyurur: "Nə zaman döyüşdə düşmənlə üzləşdin, az söz deyin və Allah Təalanı çoxlu yada salın". "Ey iman gətirənlər, (düşmən ordusundan olan) bir dəstə ilə qarşılaşarkən möhkəm durun və Allahı (dildə və qəlbdə) çox zikr edin, bəlkə nicat tapdınız". ("Ənfal" 45). Bunu qeyd edək ki, düşmən dedikdə, daxili düşmən olan şeytan da nəzərə tutulur.
2. Qəm qərar verən zaman. Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman qəmgin olsan, Allahı öz qəminin yadına sal. Nə zaman hökm vermək istəsən, Allahı dilinin yadına sal. Nə zaman bir şeyi bölmək istəsən, Allahı əlinin yadına sal". Bu 3 hal insanı büdrədə bilən hallardır və insan Allahı yada salaraq, həmin büdrəmələrdən xilas ola bilər. İnsan Allahı yada salaraq ümidsizlikdən xilas olar, rahatlıq tapar.
3. Qəzəblənən zaman. Həzrət Peyğəmbər (s) buyurur: "Allah peyğəmbərlərindən (ə) birinə vəyh edir ki: "Ey Adəm övladı! Qəzəblənən zaman Məni xatırla ki, Mən də qəzəblənən zaman səni xatırlayım və səni başqaları ilə həlak etməyəm"".
4. Tənha olan zaman. İmam Əli (ə) buyurur: "Xəlvəti Allahı yada salaraq doldur və nemətləri şükür etməklə yoldaş et". İmam Baqir (ə) buyurur: "Tövratda yazılmışdır: "Ey Musa! Tənhalıqda, şadlıq ləzzətlərində və xoşluqlarında Məni xatırla ki, qəflətlərində sənin yadında olum"".
İmam Sadiq (ə) buyurur: "Əhli-beyt (ə) davamçıları o kəslərdir ki, xəlvətdə və tənhalıqda Allahı çoxlu yada salırlar".
5. Bazara daxil olan zaman. İmam Əli (ə) buyurur: "O zaman ki, bazara gedirsiniz və insanlar işləri ilə məşğuldurlar, Allah Təalanı çoxlu yada salın. Çünki bu iş günahları məhv edər və həsənələri artırar. Qafillərin zümrəsində yazılmazsınız".
Həzrət Peyğəmbər (s) buyurur: "Əgər kimsə bazarda olan insanlar qafil olan zaman Allahı yada salar, Allah ona min həsənə verər. Qiyamət günü onu elə bağışlayar ki, heç kəsin zehninə gəlməmişdir".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Sılanın səhnə geyimi müzakirə yaratdı - (Video)
-
Çin prezidentinin xanımı Trampın arvadına qısqandı - (Video)
XƏBƏR LENTİ
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)
-
Bakıda 3 küçədə hərəkət məhdudlaşdırılacaq
-
Hörmüz boğazında ticarət gəmisinə zərbə - Gəmidə yanğın başladı
-
Bakıda bu yolun işıqforunda dəyişiklik edildi
-
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
-
Ayın 30-da leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Payızda bu meyvə bahalaşacaq - 300 məhsul verən ağac indi 50 məhsul verir
-
Tanınmış iqtisadçı-ekspert 54 yaşında vəfat etdi - (Foto)
-
Bakını yağışa nə qədər hazırlaya bildik? - Zaur Mikayılovla müsahibə
-
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr - (Foto)
-
"Xankəndi"nə yeni baş məşqçi təyin olundu - (Foto)
-
Qəhvənin təsiri niyə insandan insana dəyişir?
-
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib - (Foto)





