Makaron haqqında bilmədiklərimiz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1. İnsanların bir çox hissəsi hesab edir ki, makaron məmulatlarının (makaron, vermişel, spaqetti və s.) qəbulu kökəlməyə səbəb olur. Lakin bu yanlış məlumatdır.
Makaron azkalorili məhsuldur. 100 qr makaronun enerji dəyəri 300-400 kalori təşkil edir. Lakin söhbət quru makarondan gedir. Bişirilmə zamanı makaron çoxlu miqdarda su canına çəkir ki, onun həcmi bir neçə dəfə böyüyür, kalorilərin miqdarı isə artmır.
Əgər insan makaron məmulatlarını az miqdarda bitki yağı və tərəvəzlərlə qəbul edirsə, bu heç zaman kökəlməyə səbəb olmayacaq. Məhz bu səbəbdən makaron hal hazırda dəbdə olan aralıq dənizi pəhrizinin ayrılmaz hissəsidir.
Əksinə isə makarona kotlet, qulyaş, sosis, yağlı souslar əlavə olunduqda yemək çox kalorili olur. Belə qidaların tez-tez qəbul olunması kökəlməyə səbəb olur.
Beləliklə, makaron yox, makaronla birlikdə qəbul olunan yağlı qidalar kökəlməyə səbəb ola bilər.
2. Makaron bir çox insanların fikirinə görə az xeyirli məhsuldur. Lakin bu da yanlışdır. Makaron buğda unundan hazırlanır. Makaronun tərkibinə zülal, B qrupu vitaminləri, mürəkkəb karbohidratlar kimi faydalı maddələr daxildir. B qrupu vitaminləri sinir, ürək-damar və orqanizmin digər sistemləri və orqanları üçün olduqca vacibdir.
Makaron məmulatlarının tərkibində olan sellüloz (təbii liflər) bağırsaqların fəaliyyətinə müsbət təsir edir, bağırsaqları orada yığılan ziyanlı maddələrdən təmizləyir.
Karbohidratlar bizim orqanizmimizdə "yanacaq" funksiyasını yerinə yetirir. Mürəkkəb karbohidratlar sadə karbohidratlarla müqayisədə orqanizm tərəfindən daha uzun müddət ərzində mənimsənilir və nəticədə insan özünü uzun müddət ərzində tox hiss edir. Bu isə kökəlmənin qarşısını alır.
3. Makaron ekoloji təmiz məhsul sayılır. Bu məhsulların hazırlanması zamanı konservant, rəngvericilər və s. kimi ziyanlı maddələr istifadə olunmur. Tez bişirilən vermişel ("lapşa") istisnadır. Bu məhsulun tərkibində külli miqdarda dad və rəngvericilər və s. ziyanlı maddələr var. Bu səbəbdən belə məhsulları qəbul etmək olmaz.
4. Ən faydalı makaron buğdanın bərk növlərindən hazırlanır. Belə makaronların səthi hamar olur, səthində qara nöqtələr ola bilər, makaron qızılı və ya kəhrəba rəngində olur, makaron paçkasında qırıntılar olmur. Paçkanın üzərində "A qrupu" ("Группа А"), "durum", "buğdanın bərk növləri" ("пшеница твердых сортов"), "semolina di grano duro" kimi yazılar olur.
5. Xüsusi müalicəvi makaron növləri mövcuddur. Onların hazırlanması zamanı buğda kəpəyi, vitaminlər, düyü və ya qarabaşaq unu əlavə olunur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq
-
Aslı Enver Türkiyəni tərk edir
-
Qaradağın yeni icra başçısının dosyesi
-
Rusiyada pirotexnika zavodunda ölənlərin sayı 10-a çatıb
-
Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib
-
37 yaşlı icra başçısı Məmmədiyə Məmmədovun dosyesi
-
“Çirkin” final edir
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq





