Maraqlı

Quran - hər yeri aydınladan həyat çırağıdır

12 May 2022 23:40
0 Şərh     Baxış: 577

Həyatın çətinliklərində və bəlaların hücumunda bizə yardım edə biləcək tək şey - Qurandır. Əgər nicat istəyiriksə, gərək Müqəddəs kitabın kəndirindən yapışaq.

İmam Əli (ə) Peyğəmbərdən (s) nəql edir: "Cəbrayil (ə) mənə buyurmuşdu: "Ey Muhəmməd! Tezliklə sənin ümmətinin arasında fitnə meydana gələcəkdir".

Həzrət (s) soruşur: "Bəs ondan çıxmaq yolu nədir?".

Cəbrayil (ə) deyir: "Allahın kitabı. Həmin kitab ki, Allahın möhkəm kəndiri və yada salanıdır".

Həyatın təlatümündə tufanı yatızdıra biləcək tək şey - Qurandır. Quran nurdur və hər yeri öz nuru ilə aydınladar və zülmətləri aradan qaldırar.

Həzrət Peyğəmbər (s) buyurur: "Bu Quran - həmin aydın nur, möhkəm kəndir və vasitədir".

İnsan ömrü - insana verilən ən böyük sərmayədir. Bu ömür buza bənzəyər və yavaş-yavaş əriyər. Ona görə də məqsədə çatmaq üçün tələsmək lazımdır.

Lakin yolunu azmaq olmaz və məhz Quran bizə həqiqi və düz yolu nişan verər. Yalnız Quran bizi məqsədimizə çatdıra bilər.

Həzrət Peyğəmbər (s) buyurur: "Allahın Kitabı - həmin yada salan və düz yoldur".

Rəbban ibni Sələt nəql edir: "İmam Rzadan (ə) istədim ki, mənə Quran haqqında danışsın və Həzrət (ə) buyurdu: "Allahın kəlamıdır, ondan alçağa getməyin və ondan başqa hidayət axtarmayın ki, yolunuzu azarsınız".

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman fitnələr gecənin zülməti kimi sizi əhatə edərsə, Qurana çəng vurun. Çünki elə bir kitabdır ki, orada cüziyyatlar bəyan edilmiş və (həqiqətlər) əldə edilmişdir. Qət edəndir (son sözdür) və zarafat deyildir".

İmam Əli (ə) buyurur: "Həqiqətən, ən yaxşı dastan, faydalı nəsihət - Böyük Allahın kitabıdır və məğlubedilməzdir".

Quran elə bir xoş sözdür ki, sinələrə məlhəm olar, rahatlıq mehini canımıza əsdirər. Başqa sözlə desək, Quran elə bir kəlamdır ki, sinələrimizə şəfa verər.

Həzrət Peyğəmbər (s) buyurur: "Ən xoş söz - Pak və Ucaməqamlı Allahın kitabıdır. Xilas olar o kəs ki, Allah onu (Quranı) qəlbində gözəlləşdirər. Quran - ən xoş və anlaşılan sözdür".

İmam Əli (ə) buyurur: "Quran öyrənin ki, ən xoş sözdür. Onda bilikli olun ki, qəlblərin baharıdır. Onun aydınlığından şəfa axtarın ki, sinələrin şəfasıdır. Gözəl tilavət edin ki, faydalı dastandır".

Dünyanın bu zülmətində nəyin ardıncasınız? Çırağın. Quran - hər yeri aydınladan həmin çıraqdır. Kifayətdir ki, onu yaxşı dərk edəsiniz və əldən verməyəsiniz.

İmam Sadiq (ə) buyurur: "Pak və Aliməqamlı Allah Quranda hər şeyin dəlilini göndərmişdir. O yerə qədər ki, Allaha and olsun ki, bəndələrin ehtiyacı olan heç bir şeyi əsirgəməmişdir".

Hələ ki, ömür sərmayəsi əriməyib Qurandan bəhrələnək və onun yardımı ilə axirətimiz üçün azuqə toplayaq.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics