Maraqlı

Övlad tərbiyəsinə dair Loğmanın (ə) 10 tövsiyəsi

12 May 2022 22:55
0 Şərh     Baxış: 986

Ata və ana övlad tərbiyəsində məsuliyyətli tərəflərdir. Hər bir körpə dünyaya gələn zaman ailəyə yeni fərd daxil olur. Həqiqətdə ailənin üzünə yeni dünyanın qapıları açılır. Ata və ana övlad sahibi olaraq, bir insanın saədətini öhdəsinə götürərlər və ən çox məsuliyyət də ananın öhdəsinə düşər. Övladlar xüsusilə kiçik yaşlarında fikir və rəftarlarını anadan öyrənərlər. Lakin böyüyən zaman xüsusilə oğlanlar ictimai rəftarlarında atalarına təqlid edərlər. Övladlar adətən bir çox ictimai rəftarları: xoş əxlaq olmaq, fədakar olmağı və s. anadan öyrənərlər.

Övladın dini tərbiyəsi ikitərəfli mövzudur: müəllim və şagird münasibəti kimi. Müəllim çalışır ki, bir çox dini əqidələri, qanun və əhkamı şagirdinə başa salsın və öyrətsin. Şagird isə öz istedadlarının çiçəklənməsi yolunda addımlar atar.

Dini tərbiyə dedikdə o nəzərdə tutulur ki, ana istər müəllim olsun, istərsə də valideyn - övladının fitri istedadını İlahi Cəlal və Camal sahəsində çiçəkləndirə bilsin. Dini tərbiyə üçün ürəkdən yardım almaq lazımdır. Məhəbbət - dinin zəminəsidir.

Tədqiqatlar göstərir ki, o kəslər ki, böyüyən zaman dinə qarşı laqeyddirlər, əslində dini etiqadsız insanlar deyildir. Sadəcə valideynin bu mövzuya qarşı diqqətsizliyi və ibadət məsələlərinin yerinə yetirməsindəki səhlənkarlığı mühüm rola malikdir.

Ata və ana hər biri öz növbəsində övlad tərbiyəsində təsirlidir, lakin ananın rolu çox mühümdür. Çünki atadan daha çox övladı ilə rabitə quran - məhz anadır. Əgər ananın əxlaqı gözəl olarsa və rəftarına diqqət edərsə, övlad da istər-istəməz bu cür olacaqdır.

Dini tərbiyədə təqva - ən mühüm amildir. Ana İlahi təqvaya riayət edərsə, tərbiyəsi də İlahi ibadət yolunda olar.

Quran dini tərbiyəni Loğmanın dilindən bəyan edir və Loğman öz oğluna 10 dəyərli nəsihət verir:

1. Rəhman Allahla gözəl rabitə. "Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: "Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür". (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsl sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir)". ("Loğman" 13).

2. Valideynə ehtiram qoymaq. "Və Biz insana ata-anası barəsində tövsiyə etdik". ("Loğman" 14).

3. Məad. "(Loğman dedi:) "Ey mənim əziz oğlum, (insanın əməli) bir xardal dənəsi ağırlığında olub möhkəm bir daşın içində, yaxud göylərdə və ya yerin təkində olmuş olsa, Allah onu (Qiyamət günü Məhşərə) gətirəcəkdir (ki, onun əsasında haqq-hesab çəksin), çünki Allah dəqiqdir, ən incə şeyləri görəndir və (hər şeydən) xəbərdardır". ("Loğman" 16).

4. Namaz. "Ey mənim əziz oğlum, namaz qıl". ("Loğman" 7).

5. Əmr-be-məruf və nəhy-əz-münkər. "Yaxşı işləri (əql və şəriət nöqteyi-nəzərindən bəyənilən işləri görməyi) əmr et və pis işlərdən (hər hansı pis və bəyənilməz işi) qadağan et". ("Loğman" 17).

6. Səbir. "Sənə yetişənə döz ki, bunlar vacib əmrlərdən və mühüm işlərdəndir". ("Loğman" 17).

7. İnsansevərlik. "Camaatdan təkəbbürlə üz çevirmə". ("Loğman" 18).

8. Təvazökarlıq. "Yer üzündə lovğa-lovğa yerimə ki, Allah heç bir özündən razını və lovğalanıb fəxr edəni sevməz". ("Loğman" 18).

9. Mötədil olmalı. "Öz yerişində və rəftarında orta həddi gözlə". ("Loğman" 19).

10. Sakit danışmaq. "Və (danışanda) səsini azalt ki, ən pis səs - ulaqların səsidir". ("Loğman" 19).

Quran Loğmanın dili ilə bizlərə dini tərbiyənin yollarını öyrədir və bəyan edir. Övladlarımızı bu çərçivədə tərbiyə etməyə çalışaq.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics