Maraqlı

Heroqliflər səhv düşdü, “Alibaba” 26 milyard dollar itirdi

4 May 2022 09:18
0 Şərh     Baxış: 1 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"AliExpress"in sahibi olan texnologiya nəhəng "Alibaba"nın səhmləri kəskin şəkildə ucuzlaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna səbəb şirkətin qurucusu Cek Ma ilə bağlı yayılan xəbərlər olub.

Belə ki, iş adamının Çin Təhlükəsizlik Xidməti tərəfindən saxlanıldığı və ona qarşı müəyyən məhdudiyyətlərin qoyulduğu bildirlib.

Sonradan məlum olub  ki, söhbət digər şəxsdən gedib və onunla biznesmenin soyadı arasında yalnız heroqlif fərqi olub.

Bu yanlışlıq ucbatından "Alibaba"nın səhmləri 9,4% ucuzlaşaraq şirkətin kapitallaşmasının 26 milyard dollar azalmasına səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.