Maraqlı

Bu iki məhsulun gündəlik istifadəsi xərçəng riskini azaldır

21 Aprel 2022 22:01
0 Şərh     Baxış: 1 345
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Süd məhsulu olan içkilər (qatıq, ayran, kefir, ryajenka) və duza qoyulmuş kələm xərçəng riskini azaldır.

Bu barədə rusiyalı diyetoloq, tibb elmləri doktoru Mixail Qinzburq bildirib.

Onun sözlərinə görə, qidalanmada kifayət qədər miqdarda fermentləşdirilmiş südlü içkilər və fermentləşdirilmiş tərəvəzlər yoğun bağırsaq xərçəngi ehtimalını azaldır. Mütəxəssis vurğulayıb ki, sözügedən məhsulların onkoloji xəstəliyin inkişafına qarşı profilaktik təsiri elmi şəkildə sübut olunub.

"Bu, müdafiəni təmin edəcək, yaxud ən azı yoğun bağırsaq xərçəngi ehtimalını əhəmiyyətli dərəcədə azaldacaq", - deyə həkim izah edib.

Qeyd edək ki, Qinzburq daha əvvəl sarıkökün istifadəsinin yoğun və düz bağırsaq xərçəngi, prostat xərçəngi və döş xərçənginin inkişafının da qarşısını aldığını bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.