Maraqlı

Bəydən gəlinə tələb - "pornoulduz rəfiqəni toyda görməyim, dindar qonaqlarım olacaq"

13 Aprel 2022 01:22
0 Şərh     Baxış: 2 603
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Reddit istifadəçisi olan qadın gələcək əri ilə aralarında yaşanan fikir ayrılığını sosial şəbəkədə bölüşüb.

Milli.Az lenta.ru-ya istinadən xəbər verir ki, qadın sevgilisinin ondan tanışı olan porno ulduzu toya dəvət etməyi qadağan etdiyi üçün onunla arasında fikir ayrılıqlarından danışıb.

Adını açıqlamadan rəfiqəsinin kino sənayesində çox məşhur olduğunu, qonaqların çoxunun da bu qadını tanıyacağını deyib. Kişi bildirib ki, qohumları arasında qatı dindarlar var. Bu da qonaqların diqqətini gəlindən yayındıra bilər.

Bir çox sosial şəbəkə istifadəçisi bəyin səhv etdiyi ilə razılaşıb. "Əgər gəlin paltar geyinib fərqli makiyaj edirsə, onu tanıyacaqlarmı? Mən buna çox şübhə edirəm. Sadəcə, utancaqsan. Sən axmaqsan" deyə onlardan biri yazıb.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.