Alina Kabayeva haqda məlumatlar - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dünya mətbuatının diqqətini təkcə dövlət başçısı kimi yox həm də gizli eşq məcarasının tərəf müqabili kimi cəlb etməyi bacarıb.
Onun adı indiyə qədər bir sıra xanımlarla hallansa da Rusiya liderinin illərdir, ürəyini yalnız bir nəfərə bağladığı iddia edilir. Həmin xanım Alina Kabayevadır.
Milli.Az gundem.az-a istinadla Kabayevanın həyatı, Putinlə tanışlığı, siyasətə qarışması, İsveçrəyə qaçması və hazırda nə işlə məşğul olması ilə bağlı bütün təfərrüatları təqdim edir.
Beləliklə...
Keçmiş gimnast və olimpiya çempionu Kabayeva bir vaxtlar gözəlliyi və istedadı ilə Rusiyanın ən çox bəyənilən qadınlarından biri idi. 38 yaşlı Alina ilə Putinin hətta evləndikləri barədə iddialar var. Kabayevanın Putindən dörd övladının olması da şayiələr arasındadır. Lakin onlar arasında olan münasibət heç vaxt Kreml tərəfindən qəbul edilməyib və bu mövzu nə vaxt gündəmə gəlsə, qəti şəkildə təkzib olunub. Lakin cütlüyün sevgisinin uzunmüddətli olduğuna və Putinin Kabayevaya marağının ən azı 2008-ci ildən və hətta ondan əvvələ təsadüf etdiyinə dair bir çox ipucu var.
Alina kimdir?
1983-cü ildə Özbəkistanın Daşkənd şəhərində anadan olan Kabayevanın atası peşəkar futbolçu, anası isə milli komandanın basketbolçusu olub. Onun atası Marat Kabayev müsəlman tatar, anası isə rusdur. Lakin onun uğur yoluna qədəm qoyduğu zaman ailəsindən uzaqlaşdığı deyilir. Onu 1990-cı illərdə tanıyan bir mənbə "Kabayeva nə ailəsi, nə də keçmişi haqqında heç vaxt danışmayıb. Suallar versəm də, cavab verməzdi", deyə bildirib.
Karyerası
Ailəsi beş yaşında bədii gimnastika ilə məşğul olduğu deyilən Kabayevanı Moskvaya aparıb. O, burada Sovet dövründə keçmiş məşqçi olan İrina Vinerin tələbəsi olub. 13 yaşında Rusiya üçün yarışlara başlayan Kabayeva 2 Olimpiya, 14 Dünya Çempionatı və 25 Avropa Çempionatı medalı ilə bədii gimnastika tarixinin ən uğurlu gimnastlarından biri kimi tanınır. Digər tərəfdən, 2001-ci ildə aldığı dopinq qadağası onun həmin il qazandığı dünya titulundan məhrum edilməsi ilə nəticələnib. Ancaq o, istedadı ilə bağlı təvazökar davrana bilməyib. Bir açıqlamasında Alina, "Gimnastikada ulduz olmaq təkcə istedadla bağlı deyil, şəxsiyyətlə bağlıdır. Mən kobud olmaq istəmirəm, amma hamı Alina Kabayeva kimi olmaq istəyir", deyə söyləyib.
Tatar qızı siyasətə qarışır...
Alina 2004-cü il oktyabr ayında idmanla vidalaşdığını elan edib. Lakin 2005-ci ildə iyun ayında rusiyalı baş məşqçisi İrina Viner onun idmana qayıtdığını açıqlayıb. Kabayeva 10 sentyabr 2005-ci il tarixində Genuada keçirilən İtaliya-Rusiya dostluq müsabiqəsində öz idman karyerasını yenidən bərpa edib. Daha sonra o, siyasətlə maraqlanıb və "Vahid Rusiya" partiyasını təmsil edərək Dövlət Dumasına seçilib. Karyerasına modellik və televiziya proqramları ilə davam edən Kabayeva 2014-cü ildə siyasəti tərk edib və Kreml yönümlü Milli Media Qrupunun (National Media Group) sədri olub. 2021-ci ilin noyabrında "The Insider" vergi qeydlərinə əsasən, ona illik 785 milyon rubl maaş verildiyini qeyd olunub.
Gizli evlilik...
Alinanın əvvəllər nikah üzüyü ilə çəkdirdiyi görüntülər onun Putinlə İverski monastırında evləndiyi iddialarını gücləndirib. Şayiələrə görə, cütlüyün Putinin yaxın dostlarından birinin adını daşıyan Dima adlı bir oğlu, bir qızı var. Daha sonra isə əkiz uşaqları olub. 2015-ci ildə İsveçrənin "Bik" qəzeti yazıb ki, Putin Luqano yaxınlığındakı özəl klinikada doğum edən sevgilisi ilə birlikdə olmaq üçün bu ölkəyə gəlib. Bu xəbərlərdən sonra Putinin sözçüsü "Vladimirin övladı olması xəbəri həqiqətə uyğun deyil" deyib. Əkizlərin 2018-ci ildə doğulduğu bildirilir. O vaxtdan bəri yoxa çıxan Kabayeva ötən ilin avqustunda dövlət televiziya kanalında çıxış edərək rusiyalı ulduz Dina Averinanı bədii gimnastika üzrə qızıl medaldan məhrum edən Tokio məhkəməsini tənqid edib.
Qeyd edək ki, Putinin yeganə rəsmi əlaqəsi Lyudmila Shkrebneva ilə olub. O, 1980-ci illərin əvvəllərində stüardessa Lyudmila ilə tanış olub və 1983-cü ildə ailə həyatı qurub. Cütlük 2014-cü ildə boşanıb. Putindən ayrıldıqdan bir neçə il sonra Lyudmila iş adamı Artur Oçeretni ilə evlənib.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
XƏBƏR LENTİ
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi





