Maraqlı

Mənim sizə söyləyəcəyim bir çox şeylər var...

27 Mart 2022 20:40
0 Şərh     Baxış: 692
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bəli, bildirilmişdir. Allahü təala bütün din kitablarında, "bir son Peyğəmbərin gələcəyini" və bu son Peyğəmbərin insanları ən doğru yola, hidayət yoluna qoyacağını bəyan etmişdir. Bu ifadə həm Tövratda, həm də bir çox dəyişdirmələrə baxmayaraq İncillərdə vardır. Belə ki, Yuhanna İncilinin 16-cı babının 12 və 13-cü ayələrində, "Mənim sizə söyləyəcəyim bir çox şeylər var, lakin siz hələ bunlara təhəmmül edə bilməzsiniz. O gəldiyi zaman sizi bütün həqiqətlərə çatdıracaqdır" deyilərək Muhamməd əleyhissalamın gələcəyi bildirilmişdir.

Barnabas İncilinin 72, 96, 136, 163-cü qisimlərində Həzrəti İsa həvarilərinə, "Bir son Peyğəmbər gələcək, ismi Əhməd olacaq, o gələnə qədər pozulmuş İncili təkrar düzəldəcək və yeni bir kitab gətirəcək" dediyi bildirilmişdir. Qurani-kərimdə buyurulur ki:
"Məryəm oğlu İsa, "Ey İsrayıl oğulları! Mən sizə Allahın peyğəmbəriyəm. Tövratın təsdiqçisi və məndən sonra gələcək bir peyğəmbərin müjdəcisi olaraq gəldim ki, o peyğəmbərin ismi [Muhamməd ismilə eyni mənada olan] Əhməddir" demişdi. Ancaq o rəsul onlara bürhanla [sübutlarla, dəlillərlə, möcüzələrlə] gəldiyi zaman bu açıq-aşkar cadudur, sehirdir dedilər." [Saf 6]

Bir hədisi-şərifdə də buyurulur ki:
"Nəcaşi Həbəşistana gedən Əshabı-kirama dedi ki: Görmüş kimi bilirəm ki, Muhamməd əleyhissalam Allahın peyğəmbəridir. O, əlbəttə İsa əleyhissalamın müjdələdiyi insandır. Əgər hökmdarlıq səbəbilə xalqın işini yüklənməmiş olsaydım, əlbəttə onun yanına gedər, onun ayaqqabılarını daşıyardım."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.