Maraqlı

Anidən otağa girən uşaq atasını onlayn iclasda biabır etdi

23 Mart 2022 17:30
0 Şərh     Baxış: 1 105
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Reddit" istifadəçisi uşağın atasının onlayn konfransına qoşulması və təsadüfən onun sirrini açması ilə bağlı video yayımlayıb. Video on minlərlə bəyənmə qazanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə uşaq həmkarları ilə videokonfransda olarkən atasının otağına girir, qollarını yelləyir, sonra isə qaçır. Bundan sonra utanan şəxs həmkarlarından üzr istəyir və qapını bağlamaq üçün oturduğu yerdən qalxır. Bu zaman həmsöhbətləri kişinin iş iclasında şalvarsız oturduğunu görürlər.

"Əla şortdur!", - deyə konfrans iştirakçılarından biri uca səslə deyib. Bir neçə saniyədən sonra o, oturduğu yerdən qalxaraq özünün də şort geyindiyini göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.