Maraqlı

Ayağa qalxanda birdən təzyiqin artması çox təhlükəlidir

22 Mart 2022 21:35
0 Şərh     Baxış: 860
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər yerindən, yataqdan qalxan kimi təzyiqin qalxmasını beyin və ürək üçün təhlükəli hesab edir.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, əslində insan ayağa qalxanda sistolik arterial təzyiq bir qədər aşağı düşməlidir. Lakin çox xəstələrdə əksinə
reaksiya baş verir. Uzanmış vəziyyətdən dayanma vəziyyətinə keçdikdə ortostatik hipertenziya baş verir.

İtaliya alimləri bu vəziyyətin ürək-beyin damar tutmalarına təsirini araşdırıb.

Onlar 1207 qadın və kişinin tibbi məlumatlarını təhlil edib. Araşdırma 33 il davam edib.

17 il ərzində 105 iştirakçıda insult, infarkt və ya stenokardiya baş verib.

Məlum olub ki, bu adamlarda ortotastik hipertenziya - ayağa qalxanda təzyiqin 6-7 ml civə sütunu yüksəlməsi baş verib
.
Eləcə də təzyiqi belə yüksələn insanlarda stress hormonu epinefrin də yüksək olib.

Alimlər belə nəticəyə gəlib ki, ortostatik hipertenziya simpatik sinir sisteminin aktiv reaksiyası nəticəsində baş verir.

Bu xəstələr təzyiq normallaşdırıcı müalicəyə başlamalı, nevroloq, kardioloq nəzarətində olmalıdırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.