Maraqlı

Yüksək təzyiqdən qorunmaq üçün ən sadə metod

19 Mart 2022 21:05
0 Şərh     Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koreya alimləri hipertoniya xəstəliyinin profilaktikası üçün sadə üsulu aşkarlayıblar.

Onların fikrincə insanın qida rasionunda nə qədər rəngarəng zülal olsa, o qədər təzyiqi aşağı olar.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, yeni almi araşdırmada 12 min Çin və Koreya sakininin tibbi bazası araşdırılıb.
Bu insanlar 1997-2015-ci illər arasında öz qida rasionları barədə məlumatları təqdim ediblər.

Hər iştirakçı zülal miqdarı və müxtəlifliyinə görə ballar alıb.

Məlumdur ki, insan qidasına uyğun 8 zülal mənbəyi var. Bunlardan ən əsası ət, yumurta, paxlalılar, dəniz məhsullarıdır.

Daha sonra alimlər bu insanların zamanla təzyiq dərəcələrini qiymətləndirib.

Nəticələr göstərib ki, qidasında 3-4 cür zülal olan insanlarda hipertoniya riski 60% azdır. 2-3 bal toplayanlarda isə yaş artdıqca təzyiq xəstəliyi də yaranıb.

Burda əsas hədəf zülalın miqdarı yox, müxtəlifliyidir. Çünki çox miqdarda ət yeyənlərdə də təzyiq xəstəliyi olur.
İnsan həftə ərzində ən azı 4-5 zülal mənbəsindən zülalı qəbul etməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.