"İşte benim stilim" verilişindən tanınan, tez-tez hərəkətlərinə görə qınanan fenomen Bahar Candan bu dəfə də qəribə hərəkəti ilə gündəmə gəlib.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Al Sana Haber" verilişində qonaq olan Bahar canlı yayımda soyunaraq üstünə duru yağ tökməyə başlayıb.
O, Türkiyədəki qiymət artımlarının yetərli olmadığını iddia edərək "yağın qiyməti 1000 TL olmalıdır",- deyib.
Bundan əsəbləşən aparıcı Seyhan Soylu yağı onun əlindən alaraq başına töküb.
Həmin görüntüləri təqdim edirik:
Milli.Az