Maraqlı

Hakerlərə parolu sındırmaq üçün nə qədər vaxt lazımdır?

12 Mart 2022 13:18
0 Şərh     Baxış: 1 035
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Hire Systems" kompüter təhlükəsizliyi şirkətinin mütəxəssisləri hakerlərə istifadəçinin parolunu təxmin etmək üçün nə qədər vaxt lazım olduğunu hesablayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, altı rəqəmli parolun istənilən variantı mdərhal sındırıla bilər. Hətta səkkiz rəqəmli simvol birləşməsini təxminən 39 dəqiqə ərzində təxmin etmək olar.

Bildirilib ki, yeni simvolların, rəqəmlərin əlavə edilməsi, parolda hərflərin və boşluqların registrinin dəyişdirilməsi ilə sındırma ehtimalı kəskin şəkildə azalır.

Məsələn, adi 11 rəqəmdən ibarət parol dərhal sındırıla bildiyi halda, 11 simvollu mürəkkəb şifrəni sındırmaq 34 il çəkə bilər.

Mütəxəssislər müxtəlif saytlarda fərqli parolların olmasının vacibliyini də vurğulayıblar. Məsələ ondadır ki, parol saytda şifrələnmiş formada saxlanılır və onu geri qaytarmaq mümkün deyil. Bununla belə, əgər kimsə oğurlanmış məlumat bazalarından birində eyni parolu tapa bilsə, digər istifadəçi hesablarına da daxil ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.