Maraqlı

Təzyiqi 2 həftəyə salmaq üçün hər gün BU MEYVƏNİ yeyin

22 Fevral 2022 08:15
0 Şərh     Baxış: 1 075
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yüksək təzyiqdən əziyyət çəkənlər müəyyən pəhriz saxlamalıdır. Bu dərmanların qəbulu ilə yanaşı təzyiqi normada saxlamağa yardım edir. Bəzi qida məhsulları təzyiqi tənzimləməkdə çempion sayılır.

Belə məhsullardan biri banandır.

Amerika Kardioloji Assosiasiyasının (AHA) mütəxəssisləri hipertoniyadan əziyyət çəkənllərə hər səhər yeməyi zamanı banan yeməyi tövsiyə edirlər.

Banan kaliumla zəngindir. Kalium damarları genişləndirir və bununla da təzyiqi aşağı salmağa yardım edir. Həmçinin kalium ürək əzələsinin sağlamlığını qoruyur, onun fəaliyyətini yaxşılaşdırır.

Saglamolun.az Express Health nəşrinə istinadla bildirir ki, alimlərin fikrinə görə hipertoniklərin səhər yeməyinə banan və qatıq (yoqurt) daxil olmalıdır.

Current Science tibb jurnalında dərc olunmuş elmi araşdırmanın nəticələrinə görə, hər gün 2 banan yeyən insanlarda 2 həftədən sonra təzyiq 10% aşağı düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.