Maraqlı

2024-cü ilə kimi səbr etməliyik - ALİMLƏR

13 Fevral 2022 23:25
0 Şərh     Baxış: 2 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rospotrebnadzor Q.P. Somov adına Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktoru, Uzaq Şərq Federal Universitetinin Biotibb fakültəsinin Epidemiologiya şöbəsinin müdiri Mixail Şçelkanov koronavirus pandemiyasının bitmə tarixini açıqlayıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, alimin fikrincə, belə şəraitdə daha üç il yaşamalı ola bilərik.

"Bir çox regional xüsusiyyətlər var, lakin ümumi uzunmüddətli tendensiyadan danışsaq, o zaman 2022-ci ildə, eləcə də 2023-cü ildə hələ də pandemiya ilə yaşamağa hazır olmalıyıq, ola bilsin ki, 2024-cü ildə də. Ancaq hər şey əsasən bizim kollektiv immunitet səviyyəmizin nə qədər sürətlə artacağına və kollektiv immun səviyyəsinin virusun dəyişkənliyinə uyğun olub-olmayacağına görə müəyyənləşəcək", - Şçelkanov RİA Novostiyə açıqlamasında qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.