Maraqlı

Körpəsi oyanan aparıcı verilişə onunla qatıldı - VİDEO

8 Fevral 2022 20:00
0 Şərh     Baxış: 877
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hava proqnozunu təqdim etmək üçün verilişə körpə qızı ilə çıxan aparıcı sosial şəbəkələrdə məşhurlaşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, WDJT-TV meteoroloqu Rebekka Şuld verilişə uşaqla çıxmağı planlaşdırmayıb. Həmin vaxt o, koronavirus məhdudiyyətlərinə görə, evdə olub, proqrama da evdən qatılıb.

"Növbəti hava hesabatına qədər bir neçə dəqiqə qalmış körpəm oyandı", - deyə Şuld olanları danışıb. Bu səbəbdən o, uşaqla birlikdə verilişi aparmaq qərarına gəlib.

Sinoptik 13 həftəlik qızı Fionanın yuxusunu tam aldığı üçün özünü yaxşı aparacağına əmin olduğunu vurğulayıb.

"Düşündüm ki, o, mənə bugünkü olduqca xoşagəlməz olacaq hava haqqında danışmağa kömək edəcək", -  deyə sinoptik bildirib.

Kadrlar sosial şəbəkədə böyük maraqla qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.