Maraqlı

Ovucdakı əlamətlə qaraciyərdəki problemi müəyyənləşdirməyin yolları açıqlanıb - FOTO

6 Fevral 2022 18:45
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Mayo Klinikasının mütəxəssisləri insanın qaraciyərində problem olub-olmadığını müəyyən etməyə imkan verən metod barədə danışıblar. Onların fikrincə, ovucların rənginə diqqət etməklə xəstəliyi müəyyənləşdirmək mümkündür.

Onlar xəbərdarlıq ediblər ki, bu gün ən çox rast gəlinən qaraciyər xəstəliklərindən biri də piylənmə ilə bağlıdır. Buna görə insan özünü çox yorğun hiss edə bilər, bundan başqa, qarının yuxarı sağ tərəfində xoşagəlməz narahatlıq yaranır. Əgər laqeyid yanaşılsa bu, qeyri-alkoqol steatohepatitə gətirər, o da öz növbəsində qaraciyərin sirrozu ilə nəticələnə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, həkimlərin sözlərinə görə, bəzi hallarda xəstənin qaraciyərində həyatı üçün təhlükə yaradan problemlər olduqda, ovuclarda (çox vaxt onların aşağı hissəsində), baş barmağın altında qırmızı ləkələr görünə bilər. Bura basdıqda qızartı bir müddət yox olur, sonra yenidən görünür.

Həkimlər belə bir həyəcan çağırışı halında təcili olaraq həkimə müraciət etməyi israrla tövsiyə edirlər, çünki bu, qaraciyərin vəziyyətinin ciddi pisləşdiyini göstərə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.