Qırxbuğum bitkisinin FAYDALARI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qırxbuğum müalicəvi bitkilərdən biridir. Ona yolotu, xarmanotu da deyirlər. Latınca adı "Polygonum aviculare L"-dir. Növləri çoxdur.
Milli.Az aztibb.az-a istinadən bildirir ki, qırxbuğum dünyanın bir çox ölkələrində yabanı halda yayılıb. Azərbaycanda isə ən çox Böyük Qafqazın qərbi, şərqi, Böyük Qafqazın Quba sahəsinin rayonlarında, yuxarı dağ qurşağından alp qurşağına kimi, aran bölgələrdə, Kiçik Qafqazın mərkəzi rayonları, Lənkəran və Naxçıvanın dağlıq hissəsində geniş yayılıb.
Qırxbuğum qol-budaqlı gövdəyə malik ot bitkisidir. Gövdəsi və bütün qol-budaqları çoxlu buğumlardan ibarət olduğuna görə adına qırxbuğum deyirlər.
Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları və toxumları istifadə edilir.
Elmi, praktiki, eksperimental Tibet, Çin və xalq təbabətində, eləcə də homeopatiyada və farmakologiyada geniş tətbiq edilir. Əsasən mədə və onikibarmaq bağırsaq xoraları, dizenteriya, öd kisəsi, böyrək, böyrək daşlarının müalicəsi, sidik kisəsi, qaraciyər, ağciyər vərəmi, dəri, malyariya xəstəlikləri, şişlər, podaqra, babasil, qanaxmalar zamanı istifadə olunur. Antioksidant, antihelmint-qurdqovucu, fitonsid, sidikqovucu, hərarəti salan, hipotenziv, qansaxlayıcı, büzücü, damargenişləndirici, şüalanmadan qoruyucu, iltihab proseslərinə qarşı və s. təsirə malikdir.
Qırxbuğum sidikqovucu bitki kimi hələ çoxdandır ki, elmi təbabətə və xalq təbabətinə məlumdur.
Bu bitkidən, həmçinin vərəm xəstəliyinin, daxili qanaxmalar, yüksək qan təzyiqi kimi xəstəliklərin müalicəsi barədə bir çox mənbələrdə geniş məlumatlar verilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Qatıqsız almalı peçenye resepti
-
Milyon dollarlıq səhnələri unudun: Sadəcə bir otaqda çəkilən 5 dahiyanə film
-
Gecələr qatıq yeməyin faydaları və zərərləri
-
Günün qoroskopu: Empatiya quraraq problemlərin kökünü həll etməyə çalışın
-
Qiyməni pambıq kimi yumşaldan və qoxusunu aparan sirli üsul
XƏBƏR LENTİ
-
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
-
Nizami Gəncəvinin abidəsi təhqir olundu - VİDEO
-
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
-
Tramp İranla razılaşmanın şərtlərini sərtləşdirib
-
"Arsenal" yeni qapıçı hədəfə aldı
-
Overçuk: “Ermənistanın heç vaxt Rusiyadan başqa qazı olmayacaq”
-
Fransada saxlanılanların sayı 780 nəfərə çatıb
-
Enrike ilə bağlı qərar verildi
-
Bu cür öskürək ürək xəstəliklərindən xəbər verirmiş
-
Mbappe 1-ci oldu, bəs, Kamilo Duran?.. - Çempionlar Liqası
-
Saleh Bağırov müğənni haqqında: Olduqca təhlükəli və əxlaqdan bixəbərdir
-
Bərdədə ağır qəza - 10 nəfər xəsarət alıb - YENİLƏNİB
-
Türkiyə PUA-larla bağlı yeni sistem tətbiq edir
-
Zirə 5 futbolçu ilə yollarını ayırdı
-
UEFA ölkə klub əmsalları cədvəli yenilənib
-
Cüdoçumuz Avropada qızıl medal qazandı
-
Meteohəssas insanların NƏZƏRİNƏ
-
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
PSJ görün neçə milyon pul qazanıb
-
Xameneinin dəfn mərasiminə hazırlıq başladı
-
Britaniyanın xarici işlər naziri Çinə gedəcək
-
AZAL heyəti Milli Qəhrəman Hökumə Əliyevanın məzarını ziyarət edib - FOTO
-
"Makedon" vəfat etdi
-
Rusiya “Oreşnik”i bu əraziyə yerləşdirdi





