Maraqlı

Piqment ləkələri yox edən ən asan vasitələr

6 Fevral 2022 11:30
0 Şərh     Baxış: 2 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Orqanizmdə melinin çox olması piqment ləkələrin yaranmasına gətirib çıxarır. Bu hal hormon pozuntusu olanda, günəş şüasına məruz qaldıqda olur. Dəridə yaranan ləkələri ev şəraitində aradan qaldırmaq heç də çətin deyil.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki,  mətbəxdə olan tərəvəzlərlə ləkələri aradan qaldıra bilərsiniz:

Qırmızı soğan maskası bu sırada ilk yerdə dayanır. Onu dərini ağartma məqsədiylə istifadə edə bilərsiniz. Piqment ləkələrin yaranmasının qarşısını qırmızı soğan alacaq. Soğanı xırda doğrayın, onu bir dəsmalın arasında tökün və ləkə olan hissəyə qoyun. 10 dəqiqə saxlayıb, götürün.

Qatıq və süddən istifadə edərək ləkələrə qarşı maska hazırlaya bilərsiniz. Orqanik qatıq və südü qarışdırıb ləkə olan hissəyə sürtün.

Tut yarpağını və ya özünü ləkə üçün istifadə edə bilərsiniz. Qurudulmuş tut yarpaqlarını islatın hər gün ləkənin üstünə qoyun.

Aloe şirəsi bir çox vasitələr kimi ləkələr üçün də xeyirlidir. Aloeni əzib və ya şirəsini sıxıb ləkə üzərinə çəkin.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.