Maraqlı

Sarıkökü yeməklərə əlavə etmək üçün 5 VACİB SƏBƏB

1 Fevral 2022 07:41
0 Şərh     Baxış: 1 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sarıkök möcüzəvi ədviyyatdır. Onun faydaları saymaqla bitmir.

Saglamolun.az bildirir ki, son zamanlar alimlər bu ədviyyata xüsusilə çox diqqət edir, müxtəlif araşdırmalar aparırlar. Hər bir belə araşdırma sarıkökükn yeni və yeni inanılmaz faydalarını aşkar edir.

Tanınmış rusiyalı diyetoloq tibb elmləri namizədi Elena Solomatina Komsomolskaya Pravdaya müsahibədə sarıkökün 5 ən böyük faydasını sadalayıb.  

Sarıkökün tərkibində olan kurkumin ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.
Həmçinin kürkuminin güclü şiş əleyhinə təsiri var. Belə ki, son zamanlar kurkumin melanomanın müalicəsində istifadə olunur. Həmçinin kurkumin xərşəng zamanı istifadə olunan kimyaterapiyanın orqanizmə olan mənfi təsirini də azaldır.
Sarıkök qastrit, mədə xorası və mədə xərçənginin inkişafına səbəb olan Helokobakter Pilori mikrobuna öldürücü təsir edir.
Sarıkök beyinin sağlamlığını qoruyur, Alsheymer xəstəliyi, dağılmış skleroz və əqli zəifliyinin qarşısını alır.
Sarıkökün qaraciyərə olan böyük faydası bir neçə ciddi elmi araşdırmada sübut olunub.
Mütəxəssislər sarıkökü daim yeməklərə əlavə etməyi tövsiyə edirlər. Bunu yeməyin hazır olmağına yaxın etmək lazımdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.