Maraqlı

Bu qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalıdır. Vacib SƏBƏB

27 Yanvar 2022 07:41
0 Şərh     Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bildiyimiz kimi, Yaponiya alimləri qan qruplarının insan sağlamlığına olan təsirinin araşdırması ilə çox sıx məşğul olurlar.

Belə araşdırmalardan biri aşkar edib ki, 1-ci qan qrupu olanlarda digər qruplarla müqayisədə ciddi travma aldıqdan sonra ölüm riski daha yüksəkdir.

Bu səbəbdən mütəxəssislər qeyd edir ki, 1-ci qan qrupu olanlar daha diqqətli və ehtiyatlı olmalı, müxtəlif travma, qəza və s. bədbəxt hadisələrin profilaktikasına ciddi yanaşmalıdır.

Saglamolun.az Critical Care jurnalına istinadla xəbər verir ki, alimlər araşdırma zamanı 900 təcili yardım  xəstəsinin xəstəlik tarixçəsini araşdırıb. Məlum olub ki, 1-ci qan qrupu olanlarda ciddi travma zamanı ölüm riski 28%, digər qruplarda isə 11%-dir.

Mütəxəssislər qeyd edir ki, bunun əsas səbəbi 1-ci qan qrupu olanlarda qanın daha duru olması və daha gec qatılaşmasıdır. Qanın qatılaşmasına cavabdeh olan zülal 1-ci qan qrupunda daha azdır.  

Lakin 1-ci qan qrupunun bu xüsusiyyəti damarlarda trombların riskinin azalmasına səbəb olur. Bundan əvvəl aparılmış araşdırmalar həqiqətən göstərib ki, 2,3 və 4-cü qan qruplarında 1-ci qan qrupu ilə müqayisədə tromblaşmanın riski daha yüksəkdir.    

2017-ci ildə Avropa kardioloqlar cəmiyyətinin iclasında 1,3 mln insanın iştirakı ilə aparılmış araşdırmanın nəticələri təqdim olunub. Alimlər məlumat veriblər ki, 1-ci qan qrupu olan insanlarda ürək xəstəliklərinin riski digər qruplarla müqayisədə 9% daha azdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.