Qədim Misir təbabətinin sirləri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Arxeoloqlar qədim Misir məzarında unikal bir fakt aşkar ediblər. Onlar 2000 il əvvəl ölmüş qızın mumiyalanmış cəsədində kətan bintlə sarılmış yara tapıblar. Müəyyən edilib ki, qədim misirlilər ilk fironların hakimiyyətə gəlməsindən təxminən min il əvvəl, yəni 6 min il öncə kiçik cərrahiyyə əməliyyatları, o cümlədən qırıq sümüklərin birləşdirilməsi sahəsində böyük təcrübəyə malik olublar. Onlar, həmçinin papiruslarda reseptləri göstərilmiş çoxsaylı dərmanlardan istifadə ediblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qədim Misir təbabətinin bir çox hallarda magiya ilə əlaqələndirilməsinə baxmayaraq, tibbi tədqiqatlar müalicənin effektivliyinin və əczaçılıq kompozisiyalarının 1973-cü ildə nəşr olunan Britaniya Əczaçılıq Konstitusiyasına 37 faiz uyğun olduğunu müəyyən edib. Kahinlərin papiruslarda qeydə aldıqları tibbi mətnlərdə müayinə, diaqnoz və müalicənin müasir standartlara görə tamamilə düzgün olduğu aşkarlanıb. İlk misirlilərin anatomik bilikləri onların insan bədənini qorumaq üçün ölülərin mumiyalanmasına olan marağından irəli gəlirdi. Qədim Misir həkimi təkcə misirlilər arasında mühüm statusa malik deyildi, o, həm də böyük loğman biliyi və şöhrəti ilə Misirlə qonşu ölkələrdə də məşhur olub.
Bəzi qədim Misir əlyazmalarında böyük kahinlərdən biri İmhotepin qədim Misirdə təbabətin banisi hesab edildiyi qeyd olunur. Onun həm də heroqlif yazının yenilikçisi olduğuna inanılır. Bu səbəbdən qədim misirlilər sonrakı dövrlərdə İmhotepi "şəfa tanrısı" adlandırıblar.
Yunan tarixçisi Diodorus yazırdı ki, Qədim Misirdə həkim yetişdirmək üçün "Həyat evi' adı verilən məktəblər olub. Papiruslarda üç tibb sağlıq personalından bəhs edilir: həkimlər, bədəndən cin çıxaran kahinlər, nəbz dinləyənlər və damar xəstəliklərini müalicə edən cərrahlar. Bu cərrahlar "Sekhmet kahinləri" adlanırdı. Fironların saraylarında həkim olanlar isə xüsusi təhsil almalı idilər.
Qədim Misirdə cərrahiyyə bədəni yaracaq qədər irəliləməsə də, sünnət və boyun ətrafında bəzi əməliyyatlar aparılırdı. Sünnət isə misirlilər üçün məcburi idi və Ebers papirusuna əsasən, bu əməliyyat 14 yaşına çatmış uşaqlar üzərində aparılırdı. Bundan başqa, xəstəliklər əczaçılıq vasitələri, masaj, aromaterapiya ilə sağaldılır, eyni zamanda, pasiyentlərin müalicəsində gigiyenaya vacib şərt kimi əməl edilirdi. Müasir təbabətdə geniş istifadə olunan antibiotik dərmanlarının kökü də Misirdən gəlir. Belə ki, Qədim Misirdə infeksiyaları kifli çörək ilə müalicə edirdilər.
Misirin "Əl-Tibbi" elektron jurnalında dərc edilən "Qədim Misir təbabəti" adlı məqalədə qeyd olunur ki, qədim misirlilər ruh sağlığını fiziki sağlamlığın əsas şərti hesab edirdilər. Ağır xəstəliyə düçar olmuş insanlara isə tanrılara dua etmək məsləhət görülürdü. Bununla yanaşı, fironlar və kahinlər xəstəliklərin qarşısını almaq üçün orqanizmin immun sistemini gücləndirir və xüsusi pəhriz saxlayırdılar. Onlar çoxlu soğan, sarımsaq yeyir, antioksidantlarla və A vitamini ilə zəngin qidalar qəbul edirdilər. Bütün bunlar xəstəlik riskini aşağı salırdı. Qədim mənbələrdə fironların gigiyena qaydalarına da ciddi riayət etdikləri, gündə ən azı iki dəfə isti su ilə yuyunduqları qeyd olunub.
Alimlər qeyd edirlər ki, Ptolemey dövründə İsgəndəriyyədə tibb elmi zirvəyə çatıb və bu şəhər elm, mədəniyyət və təbabət mərkəzinə çevrilib. Qədim Misir təbabəti Yunanıstanda, sonralar bütün Avropada tibb elminin inkişafına böyük təsir göstərib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
XƏBƏR LENTİ
-
JONY ad və soyadını dəyişdi
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi





