Körpələri xodunoka qoymaq ziyandır – Həkimdən dəhşətli xəbərdarlıq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Uşaqlarda onurğa, bel sümük əzələ problemlərinə, skolioza yol açan səbəblərdən biri də anaların körpəni iməkləməyə başlayan müddətdə "xodunok" deyilən uşaq arabalarına öyrəşdirməsidir.
Bu arabada körpənin beli düz qalır, ayaqları yerə dəyir və o özünü itələyərək, yeriməyə cəhd edir. Bu, olduqca zərərlidir və yolverilməzdir.
Bioloji Təbabət klinikanın fizioterapiya şöbəsinin rəhbəri, həkim Süleymanova Ülviyyə Medicina.az-a açıqlamasında bunları bildirib.
"Uşaq 6 aylıqdan iməkləməlidir. Usağın evdə "xodunok"a qoyulması, guya anaların işini yüngülləşdirir. Uşaq yeriməyi tez öyrənir. Bu isə təbiətin və fiziologiyanın qanunlarına ziddir.
Uşaq iməkləyəndə əlləri və dizləri üstə qalır, bu zaman boynunu, başını məcburi yuxarı vəziyyətdə tutur. Bu hərəkətlər zamanı körpənin bütün onurğa əzələləri tarıma çəkilir, əzələ bərkiyir.
Artıq uşaq yeriməyə başlayanda onurğa və əzələ sistemi hazır vəziyyətə gəlir. Onurğa problemi olan azyaşlı xəstələrimin analarının 95% faizi etiraf edib ki, uşaq iməkləmədən "xodunok"a qoyulub. Uşağın iməkləməsi, oturması, gəzməsi mərhələli və təbii olmalıdır.
"Xodunok" uşaqlarımızın bütün əzələ, oynaq, bel, onurğa sistemini pozur. Bundan sonra çanaqda assimetriya yaranır, istər-istəməz əzələnin birtərəfli əyriliyi baş verir. Gələcəkdə ostexondroz və disk yırtıqları qaçılmazdır.
Mən düzü bilmirəm ki, bu "xodunok"u kim icad edib, niyə analar buna qaçır? Uşağa iməkləməyə və gəzməyə, heç nədən tutmadan ayaqda durub sərbəst gəzməyə imkan yaratmaq lazımdır.
Uşaq təzə-təzə addımlarını atanda evdə rahat gəzməsi, yıxılmaması və ya evdəkilərə mane olmayıb, təhlükəsizliyi üçün "xodunok"dan istifadə etmək olar. Amma bu da uzunmüddətli olmamalıdır. Çünki xodunokda uşağın beli yorulanda uşaq yerə çöməlib oturmaq istəyir, lakin bunu da edə bilmir. Bir sözlə, valideynlər özləri də bilmədən, uşaqların gələcəyinə ağır problemlər yaradır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
XƏBƏR LENTİ
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı





