Maraqlı

Bu qarışımla dırnaqlarınız bir daha qırılmayacaq

31 Dekabr 2021 12:30
0 Şərh     Baxış: 508
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tez-tez qırılan dırnaqlar bütün xanımların kabusudur. Bəzən vaxt azlığından dıqnaqlara qulluq arxa planda qalır. Davamlı olaraq boya ilə qüsurları gizlətmək isə dırnaq səddinin keyfiyyətini zəiflədir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, ev şəraitində dırnaqlara qulluq etmək heç də çətin deyil. Onları səliqəyə saldıqdan sonra müxtəlif yağlarla qıdalandıra bilərsiniz. Badəm, kokos, jojoba, fındıq yağı, aloe vera kimi təbii vasitələr uzun və möhkəm dırnaqlara sahib olmaqda sizə kömək edəcək.

Araşdırmalar göstərir ki, dırnaqların soyulması və kövrəkliyi biotin çatışmazlığının əlaməti ola bilər. Bu səbəbdən gündəlik qida rasionunuza B vitamini və sink tərkibli məhsullar əlavə etməyə çalışın.

Bundan başqa, evdə hazırlayaraq tətbiq edə biləcəyiniz qarışımı təqdim edirik.

Tərkibi:

1 xörək qaşığı üzüm toxumu yağı

5 damcı kök yağı

1 kapsul E vitamini

5 damcı limon yağı

Bütün bu yağları qarışdırıb dırnaqlarınıza çəkin. Qısa müddət ərzində daha sağlam dırnaqlara sahib olacaqsınız.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.