Maraqlı

Sağlamlıq və ətraf mühit yenidən diqqətdə!

26 Dekabr 2021 04:01
0 Şərh     Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2050-ci ilə qədər hava, su və torpaq çirklənməsini Avropada insan sağlamlığına zərər verməyəcək səviyyəyə endirmək hədəflənir.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, bununla bağlı layihə çərçivəsində ictimaiyyətin maarifləndirilməsi, modelləşdirmə tədqiqatları və təsirin azaldılması tədbirlərinin həyata keçirilməsi planlaşdırılır.

Avropa Komissiyasının Təmiz Hava Siyasəti Departamentindən Vanda Cakir açıqlamasında 2050-ci ilə qədər hava, su və torpaq çirklənməsinin insan sağlamlığına zərər verməyəcək səviyyəyə endiriləcəyini və həmin ilə qədər sıfır çirklənmə hədəfləndiyini bildirib.

Layihədə Avropa Birliyində 52 min sənaye obyekti olduğuna və bu obyektlərin hava, su və torpaq çirklənməsi kimi risklərinə də diqqət çəkilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.