Maraqlı

Hansı papilomalar onkoloji xəstəliyə işarədir? - Həkim AÇIQLADI

25 Dekabr 2021 19:25
0 Şərh     Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Həkim-dermatoonkoloq Natalya Kalakutskaya hansı papilomaların onkoloji xəstəliklərin göstəricisi olduğunu açıqlayıb.

Milli.Az aztibb.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, dəridə yaranan papilomalar çox zaman tamamilə təhlükəsiz olur. Onların növünü rənginə və yerinə görə müəyyən etmək mümkündür.

"Tamamilə xoşxassəli növlərə yaxalıq bölgədə, həmçinin qoltuqaltı və ya qasıq nahiyyəsində olan rəngsiz-bej rəngdən açıq çəhrayı-qəhvəyi rəngə qədər olan papilomalar aiddir", - deyə N.Kalakutskaya bildirib.

O, qeyd edib ki, onkoloji xəstəliklərə işarə edən növlərə daha çox ayaq nahiyyəsində rast gəlinir.

N.Kalakutskaya histoloji müayinə aparılmadan istənilən dəri törəmələrini aradan qaldırmamağı tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.