Maraqlı

Bu ölkə xarici borcunu çayla ödədi - MARAQLI SƏBƏB

24 Dekabr 2021 18:22
0 Şərh     Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranla Şri-Lanka neftə görə əvvəlki illərdən yığılıb qalmış borcun ödənişi ilə bağlı razılığa gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə İranın Ticarətin İnkişafı Təşkilatının rəhbəri Əlirza Peyman-Pak bildirib. 

Söhbət əvvəlki illərdə alınmış neft məhsullarından gedir. Şri-Lanka hökuməti 251 milyon dollar borcun əvəzində bu ölkəyə çay tədarük etməyi qərara alıb. ABŞ-ın sanksiyalarına görə bu qədər məbləği İran banklarına transfer etmək mümkün deyil. Digər tərəfdən, Şri-Lanka özü ciddi valyuta qıtlığı ilə üzləşib. Çay ərzaq məhsulu hesab edildiyi üçün heç bir sanksiya riski yaratmır. 

Tehran da ölkədən valyuta axınını azaltdığı üçün  neft əvəzinə çay alınmasına müsbət yanaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.