Maraqlı

Kişilərə xəbərdarlıq - Bunu 2 stəkandan çox içməyin

23 Dekabr 2021 23:05
0 Şərh     Baxış: 1 181
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur həkimdən kişilərə mühüm tövsiyə: İki stəkandan artıq içməyin, yoxsa...

Südün həddindən artıq istifadəsi kişilərin sağlamlığına mənfi təsir göstərir, prostat vəzi xərçənginin inkişaf ehtimalını artırır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu sözləri tanınmış həkim və teleaparıcı Aleksandr Myasnikov "О самом главном" verilişinin efirində deyib.

Mütəxəssisin sözlərinə görə, süd ən sağlam qidalardan biridir, lakin kalsiumun çoxluğu sağlamlıq üçün də təhlükə ola bilər.

Həkim xəbərdarlıq edib ki, təzə inək südünün həddindən artıq içilməsi kişilərdə prostat vəzi xərçənginin inkişafına kömək edir ki, bunu da statistik hesablamalar təsdiq edir. Bununla belə, Myasnikov qeyd edib ki, südün təhlükəsi elmi ictimaiyyət tərəfindən sübuta yetirilməyib və ya inkar edilməyib.

"Kişilər üçün süd istifadəsini 300 mililitrlə, yəni gündə iki stəkanla məhdudlaşdırmaq lazımdır", - Myasnikov yekunda deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.