Maraqlı

Demensiya, infarkt və insultun qarşısını alan adi məhsul Hər gün yeyin!

28 Dekabr 2021 09:04
0 Şərh     Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya alimləri demensiya, infarkt və insult zamanı yaxşı müalicəvi təsir göstərən yeni preparat hazırlayıblar.

Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, bu preparatın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, dərman... adi şokoladdan hazırlanıb.

Çoxsaylı elmi araşdırmalar sübut edib ki, kakaonun tərkibində olan flavonoidlər adi çəkilən xəstəliklərin inkişafının qarşısını alır. Lakin flavonoidlərin lazım olan miqdarını almaq üçün insan gərək hər gün 400 qr şokolad yesin. Bu isə, təbii ki, insan orqanizmi üçün ziyanlıdır.

Bütün bunları nəzərə alaraq alimlər şokoladdan həblər hazırlayıblar ki, bu həblərin tərkibində flavonoidlərin konsentrasiyası maksimal həddədir.

Həmçinin mütəxəssislər ağır ürək-damar sistemi pozulmlarının və qocalıqla bağlı olan ağıl zəifliyinin profilaktikası üçün hər gün adi 100 qr-lıq şokolad "plitka"sının 1/4 hissəsini yeməyi tövsiyə edirlər. Söhbət yalnız tünd şokoladdan (tərkibində 70% və bundan çox kakao) gedir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.