Maraqlı

Bal-Zəncəfil-Limon. Möhtəşəm qarışım

23 Dekabr 2021 08:11
1 Şərh     Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bal-zəncəfil-limon qarışımı elə bir nisbətdir ki, buradakı bitkilər hamısı bir-birini tamamlayır. Məsələn limon qan faizini və təzyiqi salırsa, bal bu problemləri aradan qaldırır.

Zəncəfil çox faydalı olmasına baxmayaraq çox acı olduğundan istifadədə problemlər əmələ gəlir. Amma bal ilə limon bu acılığı aradan qaldırır, soyuqdəymələr zamanı, piylənmələr zamanı, ürək ağrıları zamanı, daima üşümələr zamanı, iştahsızlıq, yorğunluq, əzginlik zamanı beyin və ümumi bədənin qan dövranının daha da yaxşı işləməsi üçün, immunitet zəifliyi üçün olduqca faydalı bir içkidir.

Hazırlanılması:

- Limon (təzə olmalıdır) 200 qram;

- Zəncəfil (təzə olmalıdır) 150 qram;

- Bal 500 qram.

Deməli, limon və zəncəfil əvvəlcə yaxşı-yaxşı yuyulur, sonra ət çəkəndən və ya kombayndan keçirilir, qabıqlı vəziyyətdə bal ilə qarışdırılır. 1 həftə soyuducuda saxlanılır, sonra yenidən qarışdırılır.

Qarışıqdan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 xörək qaşığı içilir. Əgər dadı acı olsa içə bilməsəniz əlavə bal qarışdıra bilərsiniz. Həmişə soyuducuda saxlanılmalıdır, meyvə şirələrinə və ya suya da qarışdırıb içə bilərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.