Maraqlı

İlon Mask rəsmi olaraq evsiz qaldı - FOTO

9 Dekabr 2021 11:18
0 Şərh     Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Space X"in yaradıcısı və baş direktoru İlon Mask Kaliforniyadakı villasını satdıqdan sonra rəsmən evsiz qalıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, milyarder əmlakını 32 milyon dollara adı açıqlanmayan alıcıya satıb. 19 hektar sahəsi olan villa onun "son evi" olub, belə ki, bundan əvvəl o, ştatdakı digər bütün malikanələrini satıb.

Qeyd edək ki, "Guignécourt" kimi tanınan bir əsrlik mülk, hətta Maskdan əvvəl də parlaq tarixə malik olub. Bina 1912-ci ildə böyük "qızıl hərisliyi" dövründə Kaliforniyalı varislə evlənən Fransalı Qraf Kristian de Qinye tərəfindən tikdirilib.

Xatırladaq ki, Mask bütün daşınmaz əmlakdan qurtulacağına söz vermişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.