Maraqlı

Boyunda duzlaşmanın TƏBİİ VASİTƏLƏRLƏ müalicəsi

16 Dekabr 2021 08:05
0 Şərh     Baxış: 1 986
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Boyun osteoxondrozu (el arasında "duzlaşma") çox yayılmış pozulmadır. Boyun osteoxondrozu zamanı boyunda ağrılar, keyimə hissi, başgicəllənməsi, baş ağrıları kimi simptomlar meydana çıxır.

Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, boyun osteoxondrozu zamanı bəzi xalq təbabəti vasitələri çox yaxşı kömək edir.

- Bal kompresi. Pambıq parçaya bal çəkin, boyun nahiyəsinə qoyun, üzərini sellofan plyonka, sonra yun şərflə bağlayın və bu kompreslə yatın.

- 3-4 sm olan zəncəfil kökü sürtgəcdən keçirilir, 4 diş sarımsaq sarımsağəzənlə əzilir, qarışdırılır. Kütləyə eyni miqdarda vazelin əlavə olunur, yaxşı qarışdırılır, pambıq parçaya çəkilir, boyun nahiyəsinə qoyulur.

- 300 qr iynəyarpağı blenderdə əzilir, bir az kamfora yağı əlavə olunur. Yuxarıda göstərildiyi kimi kompres şəklində istifadə olunur.

Bütün bu vasitələr boyun osteoxondrozu zamanı ağrısızlaşdıran və iltihabəleyhinə təsir göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.