Maraqlı

Antibakterial sabun qadağan olunub

14 Dekabr 2021 21:15
0 Şərh     Baxış: 16 536
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da antibakterial sabun və duş gellərinin satışı dayandırılıb. CNN xəbər verir ki, ABŞ-ın Qida məhsulları və dərman preparatlarına nəzarət edən İdarə (FDA) bu haqda xüsusi əmr verib.

İdarə öz qərarını onunla izah edib ki, bu məhsulların tərkibində sağlamlıq üçün ziyanlı maddələr var. Söhbət xüsusilə triklozan və triklokarban adlı maddələrdən gedir.

İdarənin ekspertlərinin fikrinə görə, antibakterial vasitələr adi sabundan daha effektli deyil və həmçinin insan sağlamlığına ziyan vura bilər.

Belə ki, Amerika alimlərinin yeni araşdırmalarına əsasən triklozanın uzun müddət ərzində təsiri qaraciyərin fibrozunun və xərçəngin inkişafına gətirib çıxarda bilər.

Bundan əlavə triklozanın daim istifadəsi dərman preparatlarına davamlı olan bakteriyaların yayılmasına səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.