Maraqlı

Kimlərdə vaksinə qarşı immunitet yaranmır?

3 Dekabr 2021 15:06
0 Şərh     Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağır immunçatışmazlığı olan insanlarda peyvəndlərə qarşı immunitet yaranmır və onların orqanizmində virusun yeni mürəkkəb mutasiyaları yarana bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı immunoloq və tibb elmləri namizədi Nikolay Kryuçkov bildirib.

"Bu, həm də kimyaterapiya, yaxud qlükokortikosteroid terapiyası alanlara və ya ağır xroniki xəstəliklərdən əziyyət çəkən yataq xəstələrinə aiddir", - deyə o qeyd edib.

O vurğulayıb ki, belə xəstələrin əhatəsində olanların peyvənd edilməsi vacibdir, xəstələrin özləri də qismən təcrid olunmalıdırlar. Virus inkişaf edir və bu, immuniteti aşağı olan insanlar üçün təhlükə yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.