Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri nəzarət tədbirləri nəticəsində "VAZ" markalı avtomobilin sürücüsü Cəlilabad rayon sakini Sadiq Qasımov və sərnişin qismində olan həmyerlisi Qurban Məmmədov rayonun Mehdili kəndi istiqamətində hərəkətdə olarkən saxlanılıblar.
Araşdırmalar zamanı adıçəkilən şəxslər icazəsiz olaraq işğaldan azad edilən ərazilərə keçdiyi müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokolar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlar 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Bundan başqa, Cəbrayıl RPŞ-nin əməkdaşları Cocuq Mərcanlı kəndinin ərazisindəki xidməti posta yaxınlaşan "Man" markalı avtomobili nəzarət qaydasına uyğun olaraq yoxlamaq üçün "Saxla" işarəsi veriblər. Lakin sürücü - Füzuli rayon sakini Cavad Cabbarov polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymadan icazəsiz olaraq işğaldan azad olunan əraziyə keçməyə cəhd göstərib. C.Cabbarov və sərnişinləri - Bakı şəhər sakinləri olan İlham Məmmədov və Məmməd Rüstəmov polis əməkdaşları tərəfindən saxlanılıblar.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Yevlaxda qeysəriyyə əməliyyatı zamanı faciə - Körpə öldü
-
19 ev, milyonlarla dollar, qızıl külçələr - Ramin İsayevin əmlakları - (Foto)
-
2 vəkilə töhmət verildi, 4-nə xəbərdarlıq edildi
-
Dələduzluq edən şirkət rəhbəri saxlanıldı
-
Trampın elçisi Rusiyaya getdi
-
Xalçayuma adı ilə vətəndaşları aldadan şəxs saxlanıldı
XƏBƏR LENTİ
-
Fatih Terim türk serialında çəkiləcək?
-
Elçin Məmmədova vəzifə verildi
-
“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” - Hicran Nəsirova
-
"Barselona" UEFA Çempionlar Liqasında antirekordunu yeniləyib
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib
-
Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb
-
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - (Foto/Video)
-
Netanyahu: İran dərs çıxarmayıb, Müctəba Xamenei atasının yolu ilə gedir
-
"Borussiya Dortmund" futbolçuları stadionda duş almaqdan imtina etdi – SƏBƏB
-
Sabah Xətai və Nəsimidə qaz olmayacaq
-
Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayacaq
-
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-də tətbiq etdi
-
Şəkinin daxili turizm imkanları nümayiş etdirilib - (Foto)
-
Polis Akademiyasında ixtisaslaşmış mütəxəssislərin iştirakı ilə dərslər keçirilir - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Yevgeni Mixaylovun ustad dərsi keçiriləcək
-
Muzeylərdə süni intellektin rolu beynəlxalq forumda müzakirə edilib - (Foto)
-
Bakıda bu yol 3 gecə bağlanacaq - Tarixlər
-
“Muzeydə musiqi” layihəsi çərçivəsində “Sərhədsiz musiqi” adlı konsert proqramı təqdim olunub - (Foto)
-
Azərbaycanla Qırğızıstan arasında avtomobil əlaqələri haqqında saziş təsdiqlənib
-
Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik müqaviləsi təsdiqlənib
-
Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişi təsdiqlənib
-
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılıb
-
Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun
-
Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında sazişə dəyişikliklər təsdiqlənib





