Hadisə

Bakıda qadın həbsdə olan ərinə narkotik gətirib - FOTO

2 Oktyabr 2021 13:09
0 Şərh     Baxış: 776
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı Cəzaçəkmə müəssisəsinə narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Milli.Az bildirir ki, Cinayət Məcəlləsinin 234.4.1, 237.2.3, 228.1 və 318.2-ci maddələri ilə təqsirli bilinərək 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 10 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Ramil Zabil oğlu Əliyevin yanına uzunmüddətli görüşə gəlmiş arvadı Ağdam rayon sakini Vüsalə Taryel qızı Əliyevanın əl çantasına baxış keçirilən zaman ümumi çəkisi 0,549 qram olan narkotik vasitə tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.